Normal seks necə olur?

Hər şeydən biraz
Photo

Bu, yəqin ki, sənin düşündüyün şey deyil və bu hədsiz vacib məsələdir.

Martin Kleyn tanınmış amerikalı seks-terapisti və "Psychology-today" nəşrinin yazarlarından biridir. O, seks barəsində 5 kitab və 200-dən çox məqalə yazıb. Kleyn həmçinin televiziyada veriliş aparır.

Sənin bunu həqiqətən də bilmək istədiyini bilirəm. Hər kəs bilmək istəyir. Biz internetdə axtarır, pornoya baxır, fərdi inkişaf kitabları oxuyur və audio materiallar dinləyirik. Əgər yetərincə üzlüyüksə, ən yaxın dostumuzdan belə soruşuruq.

Demək olar ki, hər kəs başqalarının sekslə necə məşğul olduğunu bilmək istəyir. Yaxud da məsələni bu cür qoyaq: seksual baxımdan “normal” olan nədir? Nə qədər tez-tez, neçə dəqiqə, neçə orqazm, neçə santimetr, neçə partnyor, nə qədər, harada, nə zaman? Və necə?

Mən illər uzunu pasiyentlərin, mətbuatın, oxucuların, radio dinləyicilərin, mühazirə auditoriyalarının “normal” suallarına cavab verməməyə çalışmışam.

İnsanlara seksual obyekt kimi baxmaq niyə yanlışdır?

Nəyə görə? Çünki insanlar əvvəl-axır informasiyanı hədsiz pis formada istifadə edirlər. Həm kişilər, həm qadınlar özlərini hansısa “ortabablarla” müqayisələndirir və özlərini mühakimə edirlər: “Mən/biz başqaları kimiyik, deməli, normalıq, yaxud da mən/biz başqaları kimi deyilik, deməli, mən/biz normal deyilik”, ən pisi isə budur: “Mən sənə demişdim axı, normal deyilsən”.

Bunların hamısı səhvdir. Əgər sekslə məşğul olanlar üçün seks qaydasındadırsa, deməli yaxşıdır. Qaydasında deyilsə, deməli yaxşı deyil. Həmçinin bir şeyin normal olması bunun sənin, yaxud mənim üçün də “normal” olması mənasına gəlmir.

Mən 35 il bu suala cavab verməkdən qaçsam da, bu gün sənə deyəcəyəm, amma rəqəmlərlə yox. Amerikada seksual baxımdan gerçək olan bunlardır:

Yetkinlər yorulanda sekslə məşğul olurlar

Çılpaq haldakı şəhvətin ilk çəkingənlikləri arxada qalandan sonra, əksər insanlar seksi nəsə produktiv bir şey eləyə bilməyəcəkləri yorğun zamana saxlayırlar. Yetkinlərin (yenə münasibətin ilk 6-18 ayından sonra) çox az qismi belə deyir: “Əzizim, gəl 6-cı gün axşam sekslə məşğul olaq”, yaxud “Aa, valideynlərin sabah uşaqları özləriylə aparırlar? Gəl çölə çıxmaqdansa, seksnən məşğul olaq”.

Biz yorğun olanda, seks böyük ehtimalla qısa, başdansovdu, məqsədli və mexaniki olacaq. Öpüşməyə çox az enerji qalacaq. Oxşamağa, sığallamağa və ya pıçıldamağa hövsələ çatmayacaq. Və əgər nəsə planlaşdırılmamış kimi getsə - əzələ ağrısı, qalxıb enən ereksiya, dirəşən prezervativ qutusu– biz çox güman belə deyəcəyik: “Bilirsən, nə var? Gəl bunu başqa vaxta saxlayaq”.

Kapitalizm sənin seks həyatını necə məhv edir?

Bir çox insanlar seks zamanı (yaxud əvvəlində) ayıq olmurlar

İnsanlar içkiyə adətən həyəcanlı olanda, yaxud görüşdükləri adamın müqavimətini qırmaq (yaxud onları sakitləşdirmək istəyəndə) istəyəndə müraciət edirlər. Və yaxud da seksin fiziki və emosianl baxımdan narahat olması buna səbəb ola bilər.

İnsanlar təsir altında olanda, təbii olaraq onların qərarları yumşaq olur. Onlar yəqin ki, doğuma nəzarətdən istifadə etməyəcəklər və yəqin ki, aydın kommunikasiya qurmayacaqlar. Belə olanda onların toxunuşu, öpüşü, mehribanlığı da ürəkaçan olmur. Yataqda köntöy olmaq (və bunu dərk etməmək) birmənalı olaraq partnyoru motivasiya eləmir.

Belə olanda klimaksa (həzzin zirvəsi) çatmaq da çətinləşə bilər. Bu, həbin növündən və miqdarından asılı olur.

Hətta məhrəm insanlar belə partnyorlarının nələri xoşladıqlarına adətən əmin olmurlar

5-6 aylıq birgəlikdən sonra iki insan həmişə bir-birlərinin hansı yeməyi, musiqini, kinoları xoşladıqlarını, maşın sürmək zövqlərini bilirlər. Bəs seks? Bir çoxları deməyə (“Mən cinsi əlaqədənsə oral seks zamanı klimaksa çatıram”), göstərməyə (“görürsən, yavaş-yavaş, bax belə”), soruşmağa (“belə, yoxsa bu cür”) tərəddüd edirlər.

Təsəvvür elə, kiminsə üçün nahar hazırlayırsan, amma bilmirsən o soğanı xoşlayır, ya yox. Təsəvvür elə tətilə gedirsən, amma bilmirsən ki, o, uçmaqdan qorxur (yaxud təyyarədə spirtli içki içməyi xoşlayır). İndi də təsəvvür elə, birisiylə seksual əlaqədəsən, amma onun nəyi xoşlayıb-xoşlamadığını bilmirsən. Və ya o, boşaldığını deyəndə, bilmirsən boşalıb, ya yox.

Ola bilsin sənin də belə təcrübən var. Bu əlbəttə nigarançılıq doğurur. Və bu “normaldır”, yəni yayğın və ictimai baxımdan qəbulolunandır.

İnsanlar tez-tez məndən seksi yaxşılaşdırmaq üçün pozalar, oyuncaqlar, yaxud taktikalar barədə soruşurlar. Bir adamın nələrə üstünlük verdiyini soruşmaq- və onlara inanmaq – seksual təcrübəni yaxşılaşdırmaq üçün ən yaxşı metoddur.

Hollandlar uşaqlarına seksi necə öyrədirlər?

Viaqra istifadə edənlərin çoxu bunu partnyorundan gizlədir

Mən ilk dəfə 1999-cu ildə insanların bunu edəcəkərini demişdim, elə ondan bəri kişilər edirlər. Bir mənada bu qürurvericidir (“Mən onun məni bunsuz o qədər də kişi olmadığımı bilməsini istəmirəm”), müəyyən mənada isə bu özünü-müdafiədir (“Cəmşid, deməli mən səni o qədər də həvəsləndirmirəm, hə?” “Mustafa, deyəsən sən məni əslində sevmirsən?”)

Bir çox ereksiya problemlərinin kişinin emosiyalarından, yaxud münasibətdən (və ya hər ikisindən) qaynaqlandığı doğrudur. Amma çoxu da belə deyil. Əgər hətta sizdə (yaxud partnyorunuzda) belə bir şey varsa, bunun həlli yolu ittiham etmək, fikirləri oxumaq və müdafiə olunmaq deyil.

Bu zaman ortaq müzakirələr aparmaqla partnyorlar bir-birini öyrənməli və axırda seksin ereksiya tələb etməyən yollarını tapmalıdırlar.

Mən viaqra atan hamının bunu partyoruna deməli olduğunu söyləmirəm. Amma əksər münasibətlər sirrlərə ehtiyac duymurlar.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR