Aydınlanma niyə dərrakə əsri olmadı?

Fəlsəfə
Photo

Henri Martin Lloyd

Atlantik okeanın hər iki sahilində ictimai ziyalı qrupları silahlanmağa çağırış etdi. Onlar elmi, faktları və faktlara əsaslanan siyasəti mühafizə edən, özü isə mühasirədə olan bir qalanın müdafiəyə ehtiyacı olduğunu söyləyirdi. İnkişafın psixoloq Stiven Pinker və neyrobioloq Sem Harris kimi ağ cəngavərləri siyasətdə ehtiras, emosiya və xürafatın aşkar yaranışını tənqid edirdilər. Onlar müasirliyin özəyinin insanın soyuqbaşlı ağılla dağıdıcı qüvvələri yüyənləmək bacarığı olduğunu bildirirdilər. İndi ehtiyacımız olan aydınlanmanın yenidən işə salınmasıdır.

Belə adlandırılan “dərrakə əsri”nin çəhrayı rəsmi təəccüblü dərəcədə onun sadəlövh şərhçiləri tərəfindən irəli sürülmüş təsvirə bənzəyir. Aydınlanmaya alçaldıcı yanaşma G.V.F. Hegelin fəlsəfəsindən XX əsrin ortalarında Frankfurt məktəbinin tənqidi nəzəriyyəsinə qədərki dövrdən irəli gəlir. Həmin müəlliflər Qərb düşüncəsində - hətta Nasizm və Holokost timsalında Maks Horkaymer və Teodor Adorno halında - məntiqliliyi pozitivist elmi, kapitalist istismarı, təbiətin dominantlığı ilə eyniləşdirən patalogiya müəyyən etmişdilər.

Lakin aydınlanmanın ehtiraslar, apologetlər və tənqidçilərin əksinə olaraq dərrakə hərəkatı olması eyni medalın iki üzüdür. Onların kollektiv səhvi “dərrakə əsri”nin olduqca qüdrətli olması ilə bağlı klişenin yaranmasına səbəb olur.

Ehtiraslar, yəni təcəssüm olunmuş affektlər, arzular, iştahalar müasir ehtiras anlayışının sələfləri idi. Qədim Stoisizm məktəbinin təmsilçilərindən başlayaraq fəlsəfə ümumilikdə ehtirasları azadlığa təhlükə kimi görüb: zəiflər onların qulu olur; güclülər isə ağıl və niyyətlərini müdafiə edərək azad qalır. Aydınlanmanın töhfəsi həmin bu səbəb təsvirinə elmin və ehtiras quldarlığına isə dini xürafat anlayışının əlavə olunmasından ibarət idi.

Bununla belə, Aydınlanmanın rasionallığın ehtirasa, elmin xürafata, qabaqcıl siyasətin mühafizəkar qəbiləçiliyə qarşı hərəkatı olduğunu söyləmək kökündən yanlışdır. Bu iddialar həssaslıq, hisslər və arzuların roluna nəzərəçarpacaq yüksək dəyər verən Aydınlanmanın özünün zəngin təbiətini əks etdirmir.

Aydınlanma XVII əsrin ortalarında elmi inqilabla başladı və XVIII əsrin sonlarında Fransa inqilabında kuliminasiya nöqtəsinə çatdı. 1800-cü illərin əvvəllərində Hegel ilk hücuma keçənlərdən oldu. Onun sözlərinə görə, əsas etibarilə Aydınlanma filosofu olan İmmanuel Kant tərəfindən düşünülmüş rasional subyekt uzaqlaşmış, qərəzsiz, təbiətdən kənar düşmüş vətəndaşlar yaratdı və Fransa terrorunun ölümcül rasionalizmi bunun məntiqi nəticəsi idi.

Bununla belə, Aydınlanma rəngarəng fenomen idi; onun fəlsəfəsinin böyük hissəsi Kantçılıqdan olduqca uzaqdı, xüsusilə də Kantın Hegel versiyasından. Həqiqət budur ki, gözəllik və hisslərin yeni ruhu ilə hərəkət etdiklərini düşünən Hegel və XIX əsr Romantizm təmsilçiləri “dərrakə əsri”ni özünüdərkə dəstək kimi görürdülər. Onların Kant obrazı Aydınlanmanın doqmatik rasionalizmi kimi tam laqeyd adam idi.

Fransada filosoflar ehtiraslarla bağlı təəccüblü dərəcədə həvəsli idilər, mücərrədliyə isə dərin şübhə ilə yanaşırdılar. Bu vasitəni yanlış və savadsızlığa qarşı yeganə mübarizə vasitəsi kimi tutmaq əvəzinə, Fransa Aydınlanması hisslərə xüsusi önəm verirdi. Aydınlanmanın əksər mütəfəkkirləri rasionallığın hiss, təxəyyül və təcəssümün xüsusiyyətlərinin davamı olan polivokal və oynaq versiyasını müdafiə edirdi. Spekulyativ fəlsəfənin daxililiyinə qarşı – Rene Dekart və onun davamçıları tez-tez seçim obyekti idilər – filosoflar xaricə üz tutdular və bədəni dünya ilə ehtiraslı qarşılıqlı əlaqə nöqtəsi kimi önə çəkdilər. Hətta irəli gedərək söyləyə bilərik ki, Fransa Aydınlanması səbəbsiz fəlsəfə yaratmağa cəhd edirdi.

Misal üçün, filosof Etyen Bonno de Kondillak üçün dərrakə haqqında istedad kimi bəhs etməyin mənası yoxdur. Onun sözlərinə görə, insan fikirlərinin bütün aspektləri, xüsusilə xoş hisslər tərəfindən cəlb olunma və ağrılı hisslərdən qaçma bacarığı bizim hisslərdən doğur. Məqsədə çatmaq inadı ehtiras və arzuların doğmasına, daha sonra dillərin inkişafına və ardınca beyinin tam çiçəklənməsinə səbəb olur.

Yanlış anlaşılma tələsinə düşməmək və hissi təcrübəyə mümkün qədər yaxın qalmaq üçün Kondillak abstrakt ideyalara bel bağlamaq əvəzinə “primitiv” dillərin azarkeşi olmağa üstünlük verirdi. Kondillak üçün doğru rasionallıq ünsiyyətin daha “təbii” yollarını inkişaf etdirmək üçün cəmiyyətlərə ehtiyac duyur. Bu, rasionallığın cəmdə olması deməkdir: o, qeyri-differensial dünyada mövcud olmaq əvəzinə məkandan asılı olaraq fərqlidir.

Fransa Aydınlanmasının digər totemik fiquru Deni Didro idi. Daha çox kütləvi iddialı Ensiklopediyanın (1751-72) müəllifi kimi tanınan Didro onun təxribatçı və kinayəli məqalələrinin çoxunu özü yazmışdı – bu strategiya bir tərəfdən fransız senzorlarından yayınmaq üçün tərtib olunmuşdu. Didro öz fəlsəfəsini abstrakt elmi əsərlər şəklində yazmamışdı: Volter, Jan Jak Russo və Markiz de Sad ilə yanaşı, Didro da fəlsəfi romanın ustası idi (habelə eksperimental və pornoqrafik belletristikanın, satiranın və sənət tənqidinin). Bir əsr yarım qabaq Rene Magritt özünün “Təsvirlərin xəyanəti” (1928-29) rəsminin altında məşhur “Bu, trubka deyil” misrasını yazmışdı, Didro “Bu, hekayə deyil” (Ceci n’est pas un conte) adlı qısa hekayə yazmışdı.

Didro həqiqət axtarışında ağlın faydasına inanırdı – lakin o, ehtiraslar, xüsusilə əxlaq və estetika ilə bağlı ehtiraslara münasibətdə iti həvəsə malik idi. Şotlandiya Aydınlamasının Devid Yum kimi aparıcı fiqurları ilə yanaşı o, əxlaqın hissi təcrübəyə əsaslandığına inanırdı. O, etik mühakimənin, hətta onun ayırd edilə bilməyən formasının estetik mühakimə ilə bir cərgədə olduğuna inanırdı. Biz rəsmin, mənzərənin və yaxud sevgilimizin üzünün gözəlliyini roman, tamaşa və ya öz həyatlarındakı personajın əxlaqını mühakimə etdiyimiz kimi mühakimə edirik. Bununla, biz yaxşı və gözəl olanı birbaşa və səbəb axtarmadan mühakimə edirik. Didro üçün ehtirasların aradan qaldırılması yalnız nifrət yarada bilər. Ehtirasların, yaxud hisslərin yoxluğu səbəbi ilə hiss etməyən insan mənəvi bədheybətdir.

Aydınlanmanın həssaslıq və hissləri vurğulaması onun elmdən imtinaya səbəb olması demək deyil. Tam əksinə: ən həssas fərd - ən böyük həssaslığa malik şəxs – adətən təbiətin ən diqqətli müşahidəçisi hesab olunur. Burada arxetipik nümunə xəstələrinin bədən ritmləri və onların xüsusi simptomlarına köklənmiş həkim idi. Bunun əvəzinə, məhz spekulyativ sistem qurucusu elmi inkişafın düşməni idi – bədəni sadəcə bir maşın kimi görən kartezian həkim, yaxud tibbi Aristoteli oxuyaraq öyrənən, lakin hələ də xəstəliyi müayinə etməyənlər. Bununla, ağlın fəlsəfi şübhəyə məruz qalması rasionallığın rədd edilməsi demək deyildi; bu, ancaq ağlın hisslərdən təcrid olunmuş və ehtiraslı bədəndən uzaqlaşmış şəkildə rədd edilməsi idi. Bu mövzuda filosoflar əslində sonuncuların inanmaq istədikləri kimi romantizm ilə daha yaxın idilər.

İntellektual hərəkatların ümumiləşdirilməsi hər zaman təhlükəli bir işdir. Aydınlanmanın fərqli milli xüsusiyyətləri olub, hətta bir millət daxilində belə o, monolit olmayıb. Mütəfəkkirlərin bəziləri ağıl və ehtirasların aydın dixotomiyasını qoyur və üstünlüyü hisslərə verir – onlardan ən məşhuru Kantdır. Lakin bu baxımdan Kant öz dövrünün mühüm mövzularının çoxundan, bəlkə də hamısından kənarda qalmışdı. Xüsusilə Fransada rasionallıq Aydınlanma mövzularının əksi deyildi, onlardan parçalanmamış, yaxud qopmamışdı.

Əgər cari tarixi anın bölünmüş hissələrini yapışdırmaq istəsək, yalnız ağlın həmin günü idarə etməsi kimi xürafatdan uzaq durmalıyıq. Müasirlik tənqid tələb edir, lakin həmin tənqid keçmişdə mövcud olmamış şanlı, soyuqqanlı əfsanəyə əsaslanırsa, onun heç bir faydası olmayacaq.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR