2020-ci il COVID-dən başqa hansı vacib elmi hadisələrlə yadda qaldı?

Hər şeydən biraz
Photo

Mars missiyaları, rekordlar qıran meşə yanğınları və super otaq temperaturu keçiricisi bu ilin ən yadda qalan qeyri-COVID hadisələridir.

Bu il yeganə kataklizm hadisəsi kimi COVID pandemiyası bütün diqqətləri üzərinə çəksə də, əslində elm və tədqiqat sahəsində heyrətamiz kosmos missiyalarından tutmuş, super otaq temperaturu keçiricisinə qədər bir çox diqqətəlayiq hadisələr baş verdi.

Mars səfərləri

Bu ilə damğa vuran hadisələrdən biri kosmosun tədqiqatıdır. İyulda Yer ilə Marsın uyğun bucaqlar altında dayanmasına görə, qırmızı planetə üç missiya göndərmək mümkün oldu. Birləşmiş Ərəb Əmirlikləri özünün “Ümid” adlı ilk planetlərarası missiyasını həyata keçirdi, “Ümid” Marsda orbit edəcək və onun havasını öyrənəcək. Çin “Tianven-1” missiyasını həyata keçirdi, ölkənin Marsa ilk eniş cəhdinə planet üzərində gəzinti də daxildir. ABŞ isə qırmızı planetə “Əzmkar”ı göndərdi, bu missiya Marsın şimalındakı indiyəcən araşdırılmamış Cezero Kreaterində qazıntılar aparacaq və qaya nümunələri toplayacaq. “Əzmkar” NASA-Avropa Kosmik Agentliyinin birgə əməkdaşlığı çərçivəsində planlaşdırılan ilk mərhələdir, missiyanın məqsədi ilk dəfə olaraq Marsdan Yerə qaya nümunələri gətirməkdir.

NASA bundan əvvəl bir asteroiddən nümunə götürüb qayıtmaq üçün etdiyi ilk cəhdində də uğur əldə etmişdi. Oktyabrda agentliyin “OSIRIS-REx” missiyası “Bennu” astereoidindən qum və qaya nümunələri toplamışdı. Kosmik missiyanın 2023-cü ildə Yerə qayıtması planlaşdırılır. Amma bununla belə bu, astereoidin səthində material toplayan ilk missiya deyil. Dekabrın əvvəlində Yaponiyanın “Hayabusa 2” missiyası “Ryugu” astereodindən ovuc-ovuc qum götürüb təhlükəsiz şəkildə Avstraliyaya eniş etməklə, “OSIRIS-REx”i qabaqlamışdı.

Sübut olmadan inanmaq hər zaman əxlaqi cəhətdən yanlışdır

Çin də Yerə qum gətirmək məqsədi daşıyan ilk kosmik missiyasını Aya göndərməklə çox ambisiyalı addım atıb. “Chang’e-5” missiyası dekabrın 1-də Prokellarum Okeanı kimi tanınan vulkanik vahəyə eniş edib və konteynerini Ayın materialı ilə doldurub. Dekabrın 3-də xüsusi aparat Ayın səthini tərk edib və onun Yerə gətirilməsi üçün nəzərdə tutulan orbit aparatına uğurla yan alıb.

Od və su

Bu il yanvardan etibarən başlayan görünməmiş meşə yanğınları kimi ətraf mühit hadisələri ilə də yadda qalıb. Avstraliyada nəzarətdən çıxan yanğınlar və tüstü yüzlərlə adamın ölümünə, minlərlə evin dağılmasına və ekosistemlərin məhv olmasına gətirib çıxarıb. Tədqiqat sahələrinin qarşısındakı məhdudiyyətlərə baxmayaraq, bioloqlar biomüxtəlifliyə dəyən zərəri sənədləşdirə, arxeoloqlar isə minlərlə qədim Yerli bölgəsinə dəyən zərəri araşdıra biliblər.

Buna bənzər dağıdıcı hadisələr dünyanın başqa yerlərində də baş verib. Sibir tundrasında, Cənubi Amerikanın tropik bataqlıqlarında və ABŞ-ın qərbində meşə yanğınları geniş vüsət alıb. Kaliforniyadakı yanğınlar Hamilton dağındakı 132 yaşlı Lik Rəsədxanasına və Pasadenya yaxınlığındakı Vilson Dağı Rəsədxanasına təhlükə yaradıb.

Atlantikin fırtına mövsümündə də rekord üstünə rekord qeydə alınıb, onlardan 12-si Birləşmiş Ştatların quru ərazisinə sıçrayıb. Sentyabrda Arktika dənizinin buz örtüyü rekord səviyyədə kiçilib, Antarktidada isə tədqiqatçılar qitənin kənarındakı nəhəng Tueyts Buzlağının getdikcə sabitliyini itirdiyini görüblər. Robot qayıqların topladığı məlumatlar bunu deməyə əsas verir ki, isti sular yüksəldiyindən buzlağa təsir göstərirlər, nəticədə də buzlağın parçalanmasına dair qorxular artır.

İqlim dəyişikliyi sivilizasiyanı məhv edə bilər?

Beynəlxalq iqlim müzakirələri dondurulub, pandemiya səbəbindən BMT-nin çox gözlənilən COP26 iqlim sammiti gələn ilə qədər təxirə salınıb. Buna baxmayaraq, bəzi ölkələr özlərinin iqlim öhdəliklərini gücləndiriblər. Çin 2060-cı ilə qədər karbon emissiyasını sıfırlayacağı vədini verib, Yaponiya isə qarşısına məqsəd qoyub ki, 2050-ci ilə qədər istixana qazlarını 0 səviyyəsinə endirsin. Avropa Birliyi də 2050-ci ilə qədər karbon emissiyasını sıfırlaşdıracağını bəyan etməklə, qarşısına ambisiyalı qısa müddətli emissiya hədəfləri qoyub. Yeri gəlmişkən, çoxları inanır ki, ABŞ prezident seçkilərində qalib gələn Co Bayden də ölkədə ətraf mühitlə bağlı daha pozitiv siyasət həyata keçirməyə başlayacaq.

Siyasi dəyişikliklər

Baydenin noyabrdakı qalibiyyətini bayram edənlər təkcə iqlim mütəxəssisləri deyildi. Bayden 2021-ci il yanvarın 20-də prezident kürsüsünə əyləşəndə, Donald Tramp administrasiyasının elm və ictimai sağlamlığın əleyhinə imzaladığı bir çox qərarları ləğv etmək imkanı olacaq. Yeni prezident iqlim dəyişikliyi və ətraf mühitlə bağlı daha aqressiv siyasətlə yanaşı, COVID-19 pandemiyasına qarşı daha elm əsaslı cavab tədbirlərinin həyata keçiriləcəyini, səyahət qadağalarının götürüləcəyini və əcnəbi elm adamlarıyla mütəxəssislərə ABŞ-da daimi oturum hüququnun veriləcəyini açıqlayıb.

Avropada tədqiqatçılar “Breksit”in maliyyələşməyə və beynəlxalq əməkdaşlığa vuracağı potensial təsirlərdən narahatdır. Birləşmiş Krallıq Avropa Birliyini yanvarın 31-də tərk edib, amma “Breksit”lə bağlı vacib bir mərhələ dekabrın 31-də, ölkənin 11 aylıq “keçid dövrü” yekunlaşanda başlayacaq. Yekun müddətin yaxınlaşmasına baxmayaraq, Avropa Birliyinin tədqiqat proqramlarında iştirak kimi elm adamlarını maraqlandıran bir çox məsələlər həll olunmamış qalır.

Bərabərsizlik diqqət mərkəzindədir

May ayında Minnepolisdə polisin öldürdüyü Corc Floyd keysindən sonra dünya miqyasında irqçiliyə və polis qəddarlığına qarşı başlamış çoxmilyonluq etirazların başında elm adamları da gəlirdi. Alimlər elmdəki irqçilik barədə öz təcrübələrini bölüşür və sistemli bərabərsizliklərə qarşı çıxmaq üçün daha güclü fəaliyyətə çağırırdılar. Bir çox köklü elm təşkilatları yeni yaranan Qaraların Həyatı Dəyərlidir (Black Lives Matter) hərəkatını dəstəkləyirdilər. İyunun 10-da isə minlərlə tədqiqatçı, universitetlər və təşkilatlar icmaları həmrəyliyə çağıran onlayn kampaniyaların arxasından getməklə, elmdə irqçiliyə qarşı necə mübarizə aparılacağını aydınlaşdırmaq və planlamaq üçün fəaliyyətlərini dayandırmışdılar.

Alimlər siyasətçilərin öhdəsindən necə gəlməlidirlər?

İndi bəzi universitetlər irqçi və yaxud ayrı-seçkici inancları olan tarixi şəxsiyyətlərin adlarını daşıyan kampus binalarının, proqramların və memorialların adlarını dəyişdirmək istiqamətində addımlar atırlar. Həmçinin tədqiqatçılar irqçiliklə mübarizəyə kömək edəcək və polisin işində zorakılığı nizamlayacaq müdaxilə vasitələrini araşdırırlar.

İlk növbədə fizika

Bu il ilk kondensasiya-materiyalı fizika ilə də yadda qaldı. Tədqiqatçılar super otaq-temperaturu keçiricisini təqdim etdilər – bu elə bir materialdır ki, istilikdə heç bir izafi itkiyə yol vermir və 0 dərəcədən yuxarıda fəaliyyət göstərə bilir. Çoxdan gözlənilən nailiyyət barədə əhəmiyyətli bir qeyd də edilməlidir: hələlik bu cür material ancaq Yerin mərkəzinə yaxın təzyiqlərdə mövcud idi, bu da ondan istifayə imkan vermirdi.

Bir başqa alimlər heyəti isə enionlar adlandırılan "hörgülü" elektron hallara dair ilk inandırıcı sübutlar tapa biliblər - bu kvant kompüterinin yaradılması istiqamətində ilk addımdır. Yeri gəlmişkən, Beynəlxalq Kosmik Stansiyada fəaliyyət göstərən fizika laboratoriyası ilk Boz-Eynşteyn kondensatını da yarada bilib – bu qaz tək atom kimi sıfır qravitasiyada hərəkət edə bilir. Bu metod mütləq sıfırın altındakı rekord 20 trilyondan aşağı dərəcələrə çatmağa imkan verməklə, Yerdə mümkün olmayan daha uzun müddətli və dayanıqlı kondensasiya təcrübələrinə imkan yaradacaq.

Bu il saf riyaziyyat dünyası Şiniçi Moçizukinin heyrətamiz işlərinin çap olunmasıyla şoka düşdü. Bununla belə, onun iddiaları say nəzəyiyəsindəki vacib problemin həllində vacib mərhələ olsa da, hələ də ziddiyyətli olaraq qalırlar.

Başqa iki kəşf isə proteynlərin strukturunun asan başa düşülməsinə töhfə verəcək. Bunlardan birincisi kriyo-elektron mikroskopudur ki, kristal dəqiqliklə tək atomları görməyə imkan verir. İkincisi isə proteynlərin strukturunu onların genetik kodundan uğurla deduksiya etmək üçün olan maşın tədrisidir. Bu metod eksperimental texnikanın əldə edilməsinə imkan yaradır.

Struktur bioloqları deyirlər ki, Londonda fəaliyyət göstərən “Deep Mind” süni intellektual eletrik stansiyasının yaratdığı “AlphaFold” sistemi dərman kəşflərində böyük dəyişikliklərə səbəb ola bilər.

Nature.com

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR