Vaksinlər milyonlarla insanın həyatını necə xilas edib?

Elmi-kütləvi
Photo

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, insan həyatını xilas etmək məsələsində vaksinə ancaq təmiz su rəqib ola bilər. Vaksinin uğuru ondadır ki, onun sayəsində insanlar bir vaxtlar çox yayğın olan xəstəliklərdən qurtulublar və bu xəstəliklərin dağıdıcı təsirlərini artıq unudublar.

Difteriyaya tutulduğuna görə axırıncı dəfə sən nə vaxt iş gününü buraxmalı olmusan? Dostlarından və ailəndən neçə nəfər çiçək xəstəliyinin dağıdıcı təsirlərinə məruz qalıb?

Son 200 il ərzində peyvəndləmə sahəsindəki ən böyük nailiyyət o olub ki, 1980-cı ildə ÜST çiçək xəstəliyinin kökünün artıq tam kəsildiyini elan edib. 2010-cu ildən bəri İngiltərə və Uelsdə 20-dən də az difteriya xəstəliyi qeydə alınıb. Elm sahəsində bu cür nailiyyətlərin qədrini bilməmək asandır, amma bir şey də var ki, indi peyvəndləmə kimi səhiyyənin qarşısında duran çağırışları dünya miqyasında həyata keçirmək heç vaxt olmadığı qədər vacibdir.

Oxuculara müasir dünyamızı şəkilləndirən peyvənd kəşflərinin siyahısını təqdim edirik.

1797

İngilis həkim Edvar Cenner belə bir müşahidə etmişdi: inək çiçəyinə yoluxan qulluqçular çiçək xəstəliyinə qarşı əhəmiyyətli dərəcədə immunitet qazanırlar. Cennerin vaksini insana xəstəliklə təmasda olmadan immunitetinin xəstəliyə qarşı antitellər yaratmasını stimullaşdırırdı.

İnsanlar arasında peyvəndlə bağlı narahatlıq nədən qaynaqlanır?

Alim “vaksin” sözünü latınca inək mənasına gələn “vacca” kəlməsindən yaratmışdı.

Həkim Edward Jenner çiçək əleyhinə ilk peyvəndləmə

1923

Hər il minlərlə uşağın difteriyaya tutulduğu dövrdə fransalı alim Qaston Ramon misilsiz bir kəşfə imza atmışdı. Alim difteriya bakteriyasını formalin adlı maddəni isitməklə və tətbiq etməklə, zərərsizləşdirə bilmişdi. Beləliklə, o, orqanizmin ölü versiyasını yaratmış və bu maddə difteriyaya yoluxmuş insanlara inyeksiya ediləndə bədəndə antitellərin formalaşması təmin edilmişdi.

Gaston Ramon

1952

Conas Salk isə Romanın metodundan poliomelitə (uşaq iflici) qarşı vaksin yaratmaq üçün istifadə etmişdi. Polio virusla ortaya çıxan sağalmaz bir xəstəlik idi və əsasən beş yaşdan aşağı uşaqlarda özünü göstərirdi. Birləşmiş Krallıqda hər il yüzlərlə uşaq bu xəstəlikdən ölür, minlərləsi iflic olurdu.

Jonas Salk

1950-lərin ortaları

Birləşmiş Krallıqda poliomelitə qarşı kütləvi peyvəndləmə proqramı həyata keçirilmişdi. Bu peyvəndləmə sayəsində indi əksər ölkələr poliomelitdən xilas olub, ondan sonra xəstəlik ancaq Pakistanda və Əfqanıstanda aşkar edilib.

Poliomelitə qarşı kütləvi peyvəndləmə onun demək olar yoxa çıxması ilə nəticələnir

1960-lar

1960-ların ortalarında çiçək xəstəliyi, poliomelit, tetanus və difteriya daxil olmaqla, bir çox xəstəliklərə qarşı vaksinlər təqdim edilmişdi. Vaksinlər xəstəliklərin dağıdıcılığını aradan qaldırmaqda çox təsirli olmuşdular. O dərəcədə ki, 1980-da artıq dünyada çiçək xəstəliyinin kökü kəsilmişdi. 1960-ların axırlarında qızılça vaksini təqdim edilmiş, sonra da qızılça, qulaqdibi və məxmərək xəstəliyini əhatə edən ümumi vaksin ortaya çıxmışdı.

Alimlər Fred Woolhouse və Bill Foster peyvənd istehsalı üzərində çalışır. 1964

1970-lər

Elm adamları aşkar etmişdilər ki, peyvəndləmənin köhnə metodlarında olduğu kimi, patogenləri bütövlükdə inyeksiya etmədən qismən istifadə eləmək, onların səbəb olduqları xəstəliklərdən qorunmaya gətirib çıxarır. Bu cür vaksinlər bir qayda olaraq, vaksinasiya olunan yerdə reaksiyalara səbəb olurlar.

Epidemiyalar və cəmiyyət kitabının müəllifi: Pandemiyalar tarixi necə dəyişdirir?

Alimlər eyni zamanda öyrənmişdilər ki, konyuqasiya adlanan metodla immun cavabı xeyli artırmaq mümkündür, bu metod bir başqa patogendən izolyasiya olunmuş zülal-daşıyıcı patogenin antigen hissəsiylə birləşməni nəzərdə tuturdu. Bu isə öz növbəsində pnevmokok və meninqokok peyvəndlərinin yaradılmasına töhfə vermişdi.

1970-lər. Araşdırmalar yeni peyvəndlərin tapılması ilə nəticələnir

1980-lar

Xəstəlik yaradan virusdan genetik materialın götürülməsini, izolyasiya edilməsini və bundan vaksin yaradılmasını ehtiva edən DNT rekombinantı bu dövrdə ortaya çıxmışdı. Bu immun cavabı stimullaşdırmaq üçün daha təhlükəsiz yoldur, çünki burada virusa yoluxma olmur və bu, əvvəlki texnologiyalardan fərqli olaraq, vaksin istehsalının daha sağlam yoludur.

DNT rekombinantının kəşfi

1990-lar

GSK-nın ("GlaxoSmithKline" - Britaniya əczaçılıq holdinqi) şirkətlərində çalışan alimlər bu dövrdə malyariyaya qarşı vaksin yaratmağa girişmişdilər. Kəşf 1996-cı ildə Vaşinqtonda fəaliyyət göstərən Valter Rid Ordu İnstitutu ilə əməkdaşlıq çərçivəsində baş tutan tədqiqat nəticəsində ortaya çıxdı. Peyvənd namizədi laboratoriyada ağcaqanadın dişləməsi nəticəsində xəstəliyə yoluxan 7 nəfərdən 6-sında immunitet yaratmaqla, özünü doğrultmuşdu. Bu sahə tədqiqatlarında görünməniş hadisəydi. Rip Ballounun başçılıq etdiyi komanda kliniki inkişaf yoluna düşmüş, Sahara altı Afrikada çoxsaylı sınaqlar həyata keçirmişdi

1980-lər. Alimlər malyariyaya qarşı vaksin yaratmağa başladılar

2000-lər

GSK vaksinlərinin baş elmi işçisi Dr. Rino Rappuoli peyəndləmə sahəsinə yeni metodu həyata keçirməyə başlamışdı. Rappuolinin tədqiqatının fundamenti olan bu metod tərsinə peyvəndləmə kimi ad çıxarmışdı. Rappuolinin metodu meningit B-yə qarşı vaksinlərin yaradılmasına gətirib çıxardı. 2015-ci ildə Birləşmiş Krallıq bu vaksini özünün beynəlxalq immunlama proqramına daxil edən ilk ölkə olmuşdu, milyondan çox uşaq immunitet qazanmışdı.

Dr. Rino Rappuoli

Bu gün

Elm sahəsindəki bu silsilə kəşflər o mənaya gəlir ki, əczaçılıq şirkətləri 50 il əvvəl mümkün olmayan vaksinləri yarada bilirlər. Xəstəliklərin təbiəti ilə bağlı geniş biliklərini bu gün əlçatan texnologiyalarla birləşdirməklə, elm adamları misilsiz kəşflər edir, vaksin elmində yeni cəbhələrin açılmasına töhvə verirlər.

Malyariya ilə bütün cəbhələrdə mübarizə

GSK-nın malyariya vaksini indi Sahara altı Afrikada sınaqlardan keçirilir. Bu vaksin DNT rekombinantının və adyuvant adlı bir başqa innovasiya texnologiyasının sayəsində yaradılır. Adyuvant elə bir kimyəvi birləşmədir ki, özü təkbaşına xəstəlikdən qorumur, amma vaksinə əlavə olunanda, vaksinin effektivliyini xeyli dərəcədə artırır. Adyuvantdan GSK-nın digər vaksinlərinin yaradılması prosesində də istifadə edilir.

theguardian.com

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR