Koronavirus 2021-ci ildə rəqəmsal qanunları necə dəyişdirəcək?

Toplum
Photo

Koronavirus 2021-ci ildə rəqəmsal qanunları dəyişdirəcək

Qlobal pandemiyanın uzunmüddətli təsirləri rəqəmsal (digital) dünyada da hiss olunacaq

Pandemiya 2020-ci ilin üzərində qara bulud kimi asılmaqla, milyonlarla insanı sərt karantin şəraitində yaşamağa məhkum edibsə, 1,8 milyon insanın da (son statistikaya görə) həyatına son qoyub. Vaksinlərin dövriyyəyə buraxılmasına baxmayaraq, qlobal iqtisadiyyat tənəzzülə uğramaqda davam edir. Ki bunun nəticələri hələ uzun illər hiss olunacaq.

Texnologiya dünyası da pandemiyaya qarşı immunitet formalaşdıra bilmədi.

İnsanlar evdən işləməyə məcbur qaldıqca, “Facebook” və “Amazon” kimi rəqəmsal servislər yarım-ictimai müəssisələrə çevrildilər və sürətli genişzolaqlı əlaqələr lüks olmaqdan çıxıb təməl ehtiyac halına gəldi. Dünya “Zoombombing”ə məruz qaldı. “Google” və “Apple” koronavirus tətbiqlərinin insanların virusa yoluxmalarını necə qeydə alacaqları məsələsində dövlətləri kənara sıxışdırıb öz standartlarını diqtə etməyə başladılar. Bu isə o deməkdir ki, COVID-19 arxada qalandan sonra Texnologiya Nəhənglərinin yeni qüvvələrinin geri çəkilməsi müşkül məsələ olacaq.

Amma qəribəsi budur ki, Texnologiya Nəhəngləri böyüdükcə, industriyaya və onun dünyadakı yerinə olan skeptisizm də artır.

Dünyada soyuq texnologiya müharibəsi dövrü başladı

Birləşmiş Ştatlar etimadsızlıq cəbhəsində Avropanı haqlaya bilib, federal və ştat rəsmiləri özünü pis aparmaq iddiasıyla “Google” və “Facebook”a qarşı ard arda məhkəmə işləri açıblar. Şirkətlər isə iddia edirlər ki, onlar hansısa pis iş görməyiblər. Sosial medianın istifadəçilərə aramsız xəbərdarlıqlarına baxmayaraq, “QAnon” konspirologiya nəzəriyyəsindən tutmuş, pandemiyaya və ABŞ prezident seçkilərinə qədər hər cür mövzudakı onlayn yalanlar baş alıb gedir.

Qərbin rəqəmsal qanunvericiliyində hələ də əsas trend yaradıcısı olan Avropa Birliyi onlayn rəqabəti artırmaq və zərərli rəqəmsal materialları məhdudlaşdırmaq üçün çoxsaylı təkliflər paketi yayımlayıb. Avropa Bloku eyni zamanda proteksionizm və Silikon Vadisini hədəf alan yeni vergilərlə çıxış edib, bu isə öz növbəsində hazırda narahat günlərini yaşayan qlobal ticarəti canlandıra bilər.

Mövzu ilə əlaqədar burda nəzərdən keçirməyiniz üçün sizə 2021-ci ilin 4 trendini təqdim edirik:

COVID-19-un uzun, nataraz kölgəsi

Koronavirus hər şeyə necə zərbə vurubsa, texnologiya dünyasına da elə zərbə vurub, əldə olanlarla olmayanlar arasındakı uçurum böyüyüb. Texnologiya Nəhəngləri özlərinin maliyyə əzələləri ilə rəqəmsal industriya üzərində daha çox nəzarət toplayıblar, onların real dünyadakı maliyyə imkanları və təsirləri isə təkcə görünməmiş işsizlik artımı və dövlət miqyasındakı karantinlər nəticəsində var gücü ilə ay sonunu gətirməyə çalışan adi mağazaların çoxluğu fonunda gözə batır.

Bununla belə, “Amazon” və ərazi xidməti servisi olan “Deliveroo” kimi örnəklər ənənəvi biznesə yoldan çaparaq çıxmağa və bir çoxlarının əvvəllər etmədiyi onlayn dünyaya qoşulmağa kömək ediblər. Hazırda bir çox bizneslər onlayn xidmət göstərirlər: indilərdə smartfonu bir neçə dəfə tıklamaqla, dükandan ərzaq və ya restorandan yemək almaq mümkündür. Bu rəqəmsal trend sağ qalmaq üçün Texnologiya Nəhənglərinin ekosisteminə bel bağlamalı olacaqsa da, daha heç bir yerə çıxıb gedən deyil.

Lakin azsaylı şirkətlərin (əsasən Silikon Vadisinin) hökmranlığı getdikcə artsa belə, 2021-ci ildə bu onları daha çox hədəf halına gətirəcək, çünki dövlətlər astagəl artım ilində zərər görən iqtisadiyyatı dirçəltmək üçün yeni vergilərlə ova çıxmalı olacaqlar. Artıq indidən bəzi ölkələr milli müalicə üçün texnologiya şirkətlərini öskürməyə və nəğd pul çıxarmağa məcbur etmək üçün sıraya düzləniblər. Eləcə də antimonopoliya qurumları belə bir sual irəli sürürlər ki, görəsən, pandemiya texnologiya nəhənglərinin iqtisadiyyatın böyük hissəsini udmaq şakərini daha da pisləşdirməyib ki?

2020-ci il COVID-dən başqa hansı vacib elmi hadisələrlə yadda qaldı?

Kök atmış yalanlar

Misinformasiya artıq bir çoxlarının gündəlik həyat tərzinə çevrilib. COVID-19 isə böhranı trendə çevirərək, onu daha da ölümcül hala gətirib.

Onlayn yalanlar artıq birbaşa seçkilərə və digər yüksək əhəmiyyətli tədbirlərə qarşı yönəlməsələr də, əvəzində, indi onların ölüm, ya qalım təsiri var, xüsusilə ölkələrin koronavirus vaksinlərinə dövriyyəyə buraxmağa başladıqları bir zamanda. Vaksinlər 100% effektli olsalar belə, çox sayda insan peyvənd olunmayacağını deyir.

Bu il peyvəndlərlə bağlı dezinformasiya anti-vaksin nəzəriyyələri, anti-hökumət ritorikası və "QAnon" kimi daha radikal hərəkatlarla qarışıb ölümcül kokteyl halına gəlməklə, onlayn söhbətlərə hökmranlıq edəcək, sosial mediya kampaniyalarının bunun öhdəsindən gəlməsi isə getdikcə çətinləşəcək, bəlkə də mümkünsüz olacaq. 2020-ci ildə onlayn fırıldaqçıları kütləvi auditoriyalarda yalan xəbərlər yaymaq üçün sosial media influenserlərinə və partizan xəbər portallarına bel bağlayırdılar. Amma COVID-19 vaksinləri ümiddən reallığa çevriləndən sonra, anti-vaksin qrupları insanlarda pis yan təsirlərin yaranmasına dair anektod səviyyəsində hekayələr yaymağa başlayıblar, guya bu, sənin, ya mənim peyvənd olunmamağım üçün tutarlı sübutdur. İlkin şəxslərə istinad edən bu “sübut”ları ifşa etmək demək olar ki, mümkün deyil. Beləcə, sosial media kampaniyaları və onların mənbəsiz qalan fakt yoxlayıcıları texniki cəhətdən COVID-19 qaydalarını pozmayan problemli kontentlə necə mübarizə aparacaqlarını bilmirlər.

Bu cür kök atmış yalanlar heç bir halda görməzdən gəlinməməlidir. 2021-ci ildə və ondan sonra həyatın normala qayıtması üçün əhalinin böyük qismi peyvənd olunmalıdır, COVID-19 peyvəndləriylə bağlı konspirologiya nəzəriyyələri belə sürətlə davam etdiyi təqdirdə isə, bu sadəcə olaraq baş verməyəcək.

Bayden nə edəcək?

Bu, ABŞ-ın daxilində və xaricində hamının, xüsusilə qlobal kiber təhlükəsizlikdən tutmuş, onlayn kontent necə tənzimlənməlidir kimi hər şey barədə transatlantik sazişlər hazırlamağa həvəsli olan Avropa Birliyindəki rəsmilərin soruşduğu sualdır. Yeni prezident hansı yolu seçsə, o həlledici olacaq.

İndiyəcən Bayden düşərgəsi rəqəmsal tənzimləmələrlə bağlı ağzına su alıb susub, səbəb də budur ki, hazırda COVID-19 böhranı və ABŞ iqtisadiyyatının tənəzzülü administrasiyanın gözlədiyindən daha dərindir.

Anti-monopoliyaya dair məhkəmə işləri kimi bəzi cəbhələrdə federal rəsmilər əlavə maliyyə ayırırdılar və çox güman ki, Texnologiya Nəhənglərinə qarşı cərimələr tətbiq etməklə, təzyiq düyməsinə daha çox basacaqlar. Rusiya dövlətinin tapşırığı ilə ABŞ-ın çoxsaylı rəsmi qurumlarına qarşı təşkil edilən son kiber hücumlar da Vaşinqtonun ölkənin kiber müdafiəsinə dair düşüncələrini cəmləşdirməsinə səbəb olacaq.

Onlayn kontent qaydaları, məxfiliklə bağlı federal tənzimləmə və rəqəmsal vergilər kimi sahələrə gəldikdə isə, jüri əksərən fəaliyyətsiz olur. Bayden öz administrasiyasındakı yüksək çinli rəsmilərə müraciət edərək, data təhlükəsizliyini təmin etmək və rəqəmsal kontentə nəzər yetirmək üçün qeydləri izləməyi tapşırıb. Amma Konqressdəki qütbləşmə və COVID-19-un səbəb olduğu tənəzzül rəqəmsal qanunvericiliyinin yenilənməsini arxa plana ata bilər.

Vaksin əleyhinə “gülməli” memelər niyə zərərlidir?

Texnologiya Nəhəngləri arasındakı savaş

Texnologiya Nəhəngləri indiyəcən ona görə bir yumruq kimi birləşmişdilər ki, "Google", "Apple", "Facebook" və "Amazon" kimi şirkətlərin hansısa itkiyə yol vermələrini istəyənlərə qarşı (digital) sədd çəksinlər.

Amma bu dostcanlılıq artıq arxada qalıb. Bütün dünyada tənzimləmələrlə bağlı baş ağrıları artdıqca, nəhənglər arasında dikbaş lobbiçilik, cavab məhkəmə işləri və söz savaşı kimi gərginliklər artır və bu, 2021-ci ildə də davam edəcək.

“Apple” sosial mediada insanların datasından istifadə etmək məsələsində “Facebook”a qarşı şifahi müharibə aparır. “Facebook” isə öz növbəsində rəsmi qurumların “iPhone” düzəldənlərin arxasınca düşməsi üçün rəqabəti qızışdırır.

"Google" da dezinformasiyayla mübarizə çərçivəsində "Youtube"dakı saxta kontentin öhdəsindən gəlmək sahəsindəki problemlərini gizlətmək üçün "Facebook"un pis reputasiyasının arxasında gizlənir. Texnologiya Nəhənglərinin lobbiçiləri milli vergilərdəki payını ödəmədiyinə görə “Amazon”u avtobusun qapısından çölə atıblar.

Bu dostcanlı mühit 2021-ci ildə tənzimləmə qaydalarından asılı olaraq, ittifaqları yenidən formalaşdıracaq. Bu, yaxşı maliyyələşdirilmiş lobbiçilik əməliyyatlarını bir-birinə qarşı qoyacaq, çünki şirkətlər nüfuz dairəsi uğrunda mübarizə aparırlar və öz qüsurlarının rəsmi qurumların gözündən qaçması üçün rəqiblərini qabağa itələyirlər.

Bu, Silikon Vadisinə onlayn dünyaya nəzarət etmək imkan verəcəkmi? Böyük ehtimalla, yox. Amma bu, siyasətçiləri məcbur edəcək ki, Texnologiya Nəhənglərinə dair universal yanaşmalarına yenidən nəzər salsınlar.

Politico.eu

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR