İnsanların çoxu pis mübahisə edirlər: bu iki üsul sizi daha yaxşı mübahisəçiyə çevirəcək

Hər şeydən biraz
Photo

İnadcıl bir dostu və ya qohumu ilə imiqrasiya yaxud da silah nəzarətinə dair mübahisə edən hər kəs bilir ki, adətən güclü mülahizələri olan birinin fikirlərini laxlatmaq mümkün deyil.

Bu, qismən ona görədir ki, beynimiz dünyagörüşümüzün bütövlüyünü təmin etmək üçün çox çalışır: biz artıq bildiyimiz şeyləri təsdiqləmək üçün məlumat axtarışındayıq və əsas inanclarımıza qarşı düşmən olan faktlardan qaçırırıq və ya onları rədd edirik.

Lakin arqumentinizi sübut etmək mümkünsüz deyil. Bu mövzuda bəzi yaxşı elmi araşdırmalar var. Sübutlara əsaslanan iki strategiya ümidverici görünür.

1) İnandırıcı hesab etdiyiniz arqument başqa birisi ilə əks-səda (rezonans) yaratmırsa, əks-səda yaradanını tapın.

Qütbləşmə və siyasi bölünməyə cavab vermək insanları açıq şəkildə başqa bir nöqteyi-nəzərə məruz qoymaq deyil.

Bu yaxınlarda, Duke, NYU və Princeton universitetlərindən olan araşdırmaçılar digər tərəfdən daha çox fikir öyrənmək üçün demokrat və respublikaçı Twitter istifadəçilərin böyük kəsiminə ödəniş etdikləri bir ekspriment apardılar. “Biz, sosial mediada qruplararası kontaktın siyasi qütübləşməni azaltdığına dair heç bir sübut əldə etmədik” – müəlliflər yazır. Eksprimentdə iştirak edən respublikaçılar sınağın gedişində faktiki olaraq daha çox mühafizəkarlaşdığı halda, liberallar daha az liberallaşdılar.

Siyasi müzakirələrə qoşulduğumuz zaman, hər birimiz şəxsən inandırıcı hesab etdiyimiz arqumentlərin gücünü həddindən yüksək qiymətləndirməyə meyl edirik və yanlış düşünürük ki, digər tərəfin fikri laxladılacaq.

Məsələn, silah nəzarəti məsələsində, liberallar “Dünyanın başqa heç bir inkişaf etmiş ölkəsində, demək olar ki, Amerikada olduğu kimi, eyni silahlı zorakılıq yoxdur” – kimi statistikalarla yola gətirilirlər. Və digərlərinin də bunu cəlbedici hesab edəcəyini fikirləşirlər.

Bu arada, mühafizəkarlar da əsasən bu formulaya gedirlər: "Silahlı pis adamı dayandırmağın yeganə yolu silahlı yaxşı adamdır".

Hər iki tərəfin də başa düşmədiyi məsələ budur: rəqiblərinin artıq sadəcə rədd etmədikləri, eyni zamanda təbiəti etibarı ilə kar ola biləcəkləri bir nöqtədə mübahisə etmələridir.

Stanford Universitetində sosiologiya və psixologiya professoru Robb Villerin 2015-ci ildə mənə dediyi kimi, “İnsanların instiktiv hesab etdiyi mesajlar, çox vaxt effektiv olanlar deyil”.

Viller göstərir ki, siyasi opponentlərimizi bir qayda olaraq açıq şəkildə rədd etdikləri fikirləri yenidən nəzərdən keçirmək üçün dürtmək mümkündür. 2015-ci ildə altı silsilə araşdırmada o və həmmüəllif Matthew Feinberg müəyyən etdilər ki, konservativ siyasət, bərabərlik və ya ədalət kimi liberal dəyərlər ətrafında qurulduqda, liberallar onları daha çox qəbul edirlər. Eynisi, səlahiyyətə hörmət kimi mühafizəkar dəyərlər baxımından yenidən forma verilən liberal siyasət üçün də doğrudur.

Beləliklə, onun tədqiqatına əsasən, hansısa mühafizəkar, bir liberalı daha yüksək hərbi xərcləri dəstəkləmək üçün razı salmaq istəsə, patriotizmə müraciət etməməlidir. O, təxminən belə deməlidir: “Ordu vasitəsilə, dezavantajlı insanlar bərabər status əldə edə və yoxsulluq, habelə bərabərsizlik problemlərinin öhdəsindən gələ bilərlər”. Və ya ən azından bu, ümumi fikirdir.

Digər tərəfin fikrini necə laxlatmaq olar: Onun əxlaqını özünə qarşı istifadə et.

Villerin araşdırması mənəvi təməllər nəzəriyyəsinə əsaslanır. Bu, insanların dünyagörüşlərinə təsir edən sabit, bağırsaqvari əxlaqı olduğu fikridir. Liberal əxlaqi təməllərə bərabərlik, ədalətlilik və müdafiəsiz adamların qorunması daxildir. Konservativ əxlaqi təməllər daha sağlamdır: onlar qrup-içi sədaqəti, əxlaqi təmizliyi və hakimiyyətə hörməti dəstəkləyirlər.

Siyasətçilər eyni fikirli seçiciləri həyəcanlandırmaq üçün instiktiv olaraq mənəvi əsaslardan istifadə edirlər. Mühafizəkar siyasətçilər ardıcıllarının ürək döyüntülərini qazanmaq üçün "ölkəmizi geri al" kimi ifadələri bilirlər.

Mənəvi təməllər nəzəriyyəsinin bizə deyir ki, bu ismarıclar bir qrupdan digərinə tərcümə edilmir. “Siz əslində fransız dilində danışan birini almanca danışaraq inandırmağa çalışırsınız” – Viller bildirir: “Və bu, rezonans deyil”.

Viller, bu metodlarla belə, bir siyasi rəqibi tamamilə tərəfinizə çəkməyin hələ də olduqca çətin olduğu barədə xəbərdarlıq edir. “Statistik cəhətdən əhəmiyyətli təsirlər tapdıq” – o bildirir: “Onlar etibarlıdırlar, lakin böyüklük baxımından geniş deyillər”.

Aşağıdakı cədvəl, Villerin araşdırmasında hər bir siyasət sahəsi üçün əxlaqi yenidən çərçivələndirmənin necə yaxşı işlədiyini göstərir. Açıq demək lazımdırsa, dəyərlər baxımından yenidən çərçivələndirmənin edə biləcəyi çox şey var: bu, Obamacare əleyhdarın; öz tərəfinə çəkə bilməz, amma onun mövqeyini yumşalda bilə və əks-mülahizələrə qulaq asmağa məcbur edə bilər.

Yenə də, politoloqların adətən səhiyyə xidmətləri, hərbi xərclər, eynicinsli nigah, rəsmi dil olaraq ingiliscə kimi mövzularda digər tərəfi səmimiyyətlə qarşılayan tərəfdarlar qazanmaqda düşdükləri çətinlikləri nəzərə alsaq, Villerin hansısa nəticə əldə etməsi əhəmiyyətlidir.

Villerin nəticəsi Amerika demokratiyasını yaxşılaşdırmaya bilər, lakin, belə deyək, qızğın ailə mübahisəsində gərginliyin azalmasına kömək edə bilər.

Hazırki hadisələrə uyğun daha əsaslandırılmış bir nümunə verək. Əgər bir mühafizəkarı inandırmağa çalışırsınızsa ki, etiraz (protest) nümayişində milli himn üçün diz çökməyə dəyər, bu halda siyasi və dini azadlıq ətrafındakı ənənəvi dəyərləri vurğulayın. Viller bunu təklif edir: “qurucu ataların ictimai etiraz haqqlarımızı qorumaq məsələsi ilə yaxından maraqlandığı barədə bəhs edin” (Hərçənd o, bu arqumenti öz sınaqlarında birbaşa istifadə etməyib).

Feinberg, yaxın bir tarixdə, 2016-cı il prezident seçkiləri ərzində moral refreyminq istifadə etməklə təcrübəni davam etdirdi. Tədqiqatında sədaqət (mühafizəkar mənəvi təməl) baxımından Trump əleydarı bir arqument qurduğu halda, mühafizəkar iştirakçılar onu dəstəkləmək üçün daha az ehtimal olduğunu bildirdilər.

Məsələn, sədaqət mesajı, Trumpın “öz maraqlarına xidmət etmək üçün ölkəmizə qarşı davamlı olaraq sədaqətsizcəsinə davrandığını” və “Vyetnam müharibəsi dövründə, onun öz atasını inkişaf işinə cəlb etmək üçün layihədə fəndgirlik etdiyini” iddia edir, Feinberg və araşdırmanın həmmüəllifi yazır.

Feinberg, Klintona qarşı liberal mənəvi təməl olan ədalət baxımından bir arqument qurduğu halda da, bənzər bir təsir əldə etdi. Ədalət arqumenti, “Wall Street Banklarının səbəb olduğu son tənəzzül zamanı bir çox amerikalılar zərər çəkərkən, Klinton bir neçə çıxış üçün onlardan milyonlarla dollar qəbul etdi” və Klintonun “öz məqsədlərinə çatmaq üçün ədalət və bərabərliyi qurban verməyə istəkli olduğunu” iddia edir.

Bu arqumentin göstərildiyi liberal iştirakçılar özlərini Klintona qarşı daha soyuq hiss etdilər və ona səs vermək ehtimalının aşağı olduğunu bildirdilər.

2) Dinləmək. Sizin ideoloji opponentləriniz eşidildikləri kimi hiss etmək istəyirlər.

Viller və Feinberg-in araşdırması siyasətə dair fikirləri dəyişdirməyin yolunu təklif edir. Bəs qərəz haqqında nə deyirsiniz? Çünki Vox-dan German Lopezin ətraflı şəkildə açıqladığı kimi, insanları eləcə irqçi adlandırmaq, əlbəttə, xoşagəlməz nəticələr doğuracaq strategiyadır.

2016-cı ildə Science jurnalı diqqətəlayiq məlumat dərc etdi: 10 dəqiqəlik söhbət ilə qərəzi azaltmaq və anti-transgender qanunvericiliyinə dair fikirləri laxlatmaq mümkündür. Bundan əlavə, tədqiqatçılar ruhi dəyişikliyin ən azı üç ay davam edə biləcəyini və anti-transgender hücum reklamlarına qarşı davamlı olduğunu təsbit etdilər.

Bu, işə yaradı, çünki tədqiqat iştirakçıları adi bir şey etdilər: dinlədilər.

Uzun müddətli siyasi təşkilatçısı Dave Fleischer, bunu dərin təşviqat adlandırır. Burda açar odur ki, söhbətin çox hissəsini Fleischer-in seçisi özü edir.

Seçiciləri fakt atəşinə tutmaq yerinə, “biz açıq suallar veririk və sonra dinləyirik”, Fleischer mənə 2016-cı ildə belə demişdi: “və sonra biz onların dediklərinə əsasən açıq suallar verməyə davam edirik”.

Öz həyatları haqqında danışarkən, seçicilər psixoloqların “fəal emal” dedikləri işlə məşğul olurlar. İdea budur ki, Fleischer deyir, insanlar dərsləri kimsə “statistika verəndə” yox, hansısa nəticəyə özləri gəldikdə daha möhkəm öyrənirlər. Ümumilikdə, bu, ortaq insanlığımıza işarə etmək üçün dizayn edilmiş bir vəzifədir, hansı ki qərəzi azaltmaq və fikirləri dəyişdirmək üçün qapı açır.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR