Sevdikləriniz korona vaksinləriylə bağlı tərəddüd edirsə, bunu onunla paylaşın

Toplum
Photo

Əgər sevdikləriniz koronavirus vaksinləriylə bağlı tərəddüd edirsə, bunu paylaşın

Sizin sevdikləriniz koronavirus vaksinləri ilə bağlı suallarında haqlıdırlar – Amerika ictimaiyyəti Dr. Conas Silkin uşaqlarda poliyoya qarşı necə immunitet yaradılacağını kəşf etdiyi 50-ci illərdən bu yana peyvəndlərin yaradılmasını heç vaxt bu qədər yaxından izləməmişdi.

Amma vaksin tərəddüdü ölkənin reaksiya qabiliyyətinə təhlükəli zərbə endirə bilər. Koronavirusa yoluxmaq riski nisbətən daha böyük olan bir çox əhali qrupları - tibb bacıları və qaradərili amerikalılar kimi - vaksinlərlə bağlı, onların yaradılma sürəti, tərkibi və potensial yan təsirlərinə görə, hələ də tərəddüd içindədirlər.

Sizin ailənizin və dostlarının verə biləcəyi suallara cavab tapmaq üçün biz iki ekspertdən məsləhətlər almışıq.

Dr. Uilyam Şaffner – Vanderbil Universiteti Tibb Məktəbinin İnfeksiyon Xəstəliklər fakültəsində professordur.

Dr. Rut Karron – Con Hopkins Vlumberq Məktəbinin beynəlxalq sağlamlıq üzrə professoru və vaksin ekspertidir.

Tibb ekspertləri, uğurlu kliniki sınaqlar və Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri dəfələrlə əmin ediblər ki, hazırda əlçatan olan koronavirusa qarşı iki vaksin – “Pfayzer” və “Moderna” təhlükəsiz və effektivdir.

Fransada vaksinlərə inamsızlığın kökündə nə dayanır?

Amma tibb mütəxəssisləri sənin narahatlıqlarına da ciddi yanaşır”, - deyə Şaffer qeyd edir:

Biz hər kəsin tərəddüdünü və şübhələrini ciddi qəbul etməyə borcluyuq. Çünki bu, əhali arasında yeni virusdur, yeni vaksinlər yeni texnologiyalardan istifadə edirlər, buna görə də insanların tərəddüdünü başa düşmək olur”.

Əgər onlar “Mən vaksində nə var bilmirəm” deyirlərsə,

sən də belə deyə bilərsən:

Bu, ədalətlidir. Vaksinin inqrediyent siyahısında ancaq bir kimyaçının başa düşəcəyi çox sayda uzun adlar var.

Burada ABŞ-da hazırda qeydiyyatdan keçmiş olan iki vaksin “Moderna” və “Pfayzer”in bəzi inqrediyentlərinin siyahısını və onların necə işlədiyini təqdim edirik:

mRNA: Xəbərçi ribonükleyk turşunun qısaltması olan mRNA hüceyrələrə koronavirus spayk zülalının - virusun hüceyrələri işğal etmək üçün istifadə etdiyi struktur - necə yaradılacağını deyən "genetik proqram təminatıdır". mRNA sənin immun sisteminin diqqətini çəkir və beləcə əgər yoluxma baş verərsə, spayk zülalına qarşı hücuma keçir. Şafferin sözlərinə görə, mRNA xəbərini çatdıran kimi dağılır və siz onun qalıqlarını atırsınız.

Yağlı lipidlər: mRNA çox kövrəkdir, ona görə də o, mühafizə üçün yağlı lipidlərlə əhatələnib. Lipidlər otaq temperaturunda əriyən yağlı maddələrdir – buna görə də vaksinlərin hədsiz soyuq temperaturda saxlanılması tələb olunur. COVID-19 vaksinlərində istifadə edilən yağlı lipidlərə polietilen-2000, xolestorol və digərləri daxildir.

Duzlar və şəkərlər: “MIT Technology Review” nəşrinin məlumatına görə, vaksindəki potassium xlorid və sodium xlorid bədəndəki turşuluğu balanslaşdırmaq üçündür. Sukros kimi qeydə alınan şəkər vaksin nano-hissəciklərinin öz formasını saxlaması üçündür.

“AstraZeneka” kimi digər vaksinlər ABŞ-da hələ sınaq mərhələsindədir. Onlar mRNA-dan fərqli texnologiyalara əsaslanırlar, ona görə də inqrediyentləri fərqlidir.

Vaksinlərdəki yağlı lipidlərin əriməsinin qarşısını almaq üçün “Moderna” və “Pfayzer” vaksinlərinin hədsiz soyuq temperaturda saxlanılması tələb olunur.

Vaksinlər milyonlarla insanın həyatını necə xilas edib?

Əgər onlar “Vaksinlərin etibarlılığına şübhə edirəm, çünki çox tez hazırlandılar” deyirlərsə,

sən belə deyə bilərsən:

ABŞ Qida və Dərman Administrasiyasının (FDA) hazırda istifadə üçün icazə verdiyi Covid-19 vaksinlərinin tanıdığımız digər vaksinlərlə müqayisədə daha tez yaradıldığı və sınaqdan keçirildiyi doğrudur. Amma onların effektivliyini sübut etmək üçün ekstensiv kliniki sınaqlar aparılıb.

Vaksinlərin çox sürətlə yaradılmasının bir səbəbi də çevik olmağı tələb edən şərtlərlə əlaqədar idi: biz dünya miqyasında 2 milyon insanın ölümünə, 103 milyondan çox insanın isə xəstələnməsinə səbəb olan pandemiya şəraitindəyik. Vaksinə olan ehtiyac təcili idi.

Vaksin yaradan şirkətlər vaksinləri istehsal etmək üçün sınaqların nəticələrini gözləməkdənsə, dərhal hərəkətə keçdilər ki, sınaqlar başa çatan kimi vaksinləri istehsal etsinlər”, - Şafner deyir: “Normalda isə, vaksin yaradan şirkətlər sınağı axıracan gözlədikdən sonra məhsulun istehsalına razılıq verir”.

Bilmək istəyirsinizsə, “mərc” özünü doğrultdu, - Şafner vurğulayır: “Pfayzer” və, “Moderna” Covid-19-un yaratdığı kəskin xəstəliklərin qarşını almaqda 94-95% effektivdir”.

"Vaksinlərdə istifadə edilən mRNA texnologiyası koronavirusun insanlar arasında yayılmasından çox-çox əvvəl yaradılmışdı, ona görə də bu texnologiya etibarlıdır” Schaffner və Karron bildirir.

Karron deyir ki, koronavirusla bağlı sınaqlarda on minlərlə insan iştirak edib, FDA tərəfindən verilən lisenziyadan əvvəl sınaqda iştirak edənlərin vaksinə olan reaksiyaları aylar boyunca diqqətlə monitorinq edilib.

Onun sözlərinə görə, vaksin yaradıcılarının prosesi sürətləndirmək üçün resursları vardı, maliyyələşmə və tələbatla bağlı suallar mövcud deyildi.

Əgər onlar “Vaksin məni koronavirusa yoluxduracaq” deyirsə,

sən belə deyə bilərsən:

Şaffner qeyd edir ki, vaksin səni Covid-19-a yoluxdura bilməz, çünki onun tərkibində virus yoxdur. Onun tərkibində mRNA, yaxud ribonukleyk turşu xəbərçisi var, o, sənin hüceyrələrinə virusun digər hüceyrələri yoluxdurmaq üçün istifadə etdiyi protein spaykını necə yaradacağını deyir.

İnsanlar arasında peyvəndlə bağlı narahatlıq nədən qaynaqlanır?

Karron da bildirir ki, vaksinasiya prosesində sənin bədəninə heç vaxt virus daxil olmur, sənin hüceyrələrin virusun bir hissəsini necə yaradacağını öyrənir, amma koronavirus bu yolla onun surətini çıxara bilməz.

Peyvənd olunduqdan sonra siz “güclü, amma qısa” yorğunluq, ürəkbulanma və qızdırma kimi simptomlar yaşaya bilərsiniz. Bunlar adətən Covid-19-a yoluxanda da özünü göstərən simptomlardır, amma vaksinin yaratdığı yan təsirlər, 24-48 saat ərzində yoxa çıxmalıdır”.

Karronun dediyinə görə, sizdə ümumiyyətlə yan təsirlər olmaya da bilər, ya da onlar başağrısı, qolun uyuşması kimi yüngül də ola bilərlər. Hər bir halda peyvənd olunmaqla siz Covid-19-a yoluxmursunuz.

Əgər onlar “Vaksin mənim DNT-imi dəyişdirə bilər” deyirlərsə,

sən belə deyə bilərsən:

Covid-19 vaksinləri sənin DNT-ni dəyişdirə və ya onunla qarşılıqlı əlaqədə ola bilməzlər.

““mRNA” heç vaxt DNT yuvası olan hüceyrə nüvəsinə daxil olmur, - Karron deyir: o, işini hüceyrə daxilindəki mayedə, sitoplazmada görür”.

Şaffer isə qeyd edir ki, mRNA bədəndə də qalmır. “O hüceyrələrə xəbər ötürür və bədənini tərk edir”.

Əgər onlar “Vaksin mənim uşağımı autizmə düçar edə və ya doğuşdan qüsurlu edə bilər” deyirlərsə,

sən belə deyə bilərsən:

Bu doğru deyil. Bir çox araşdırmalar dəfələrlə göstərib ki, vaksinlər autizmə və uşaqlarda inkişaf problemlərinə səbəb olmur. Bu inanc 1990-lardakı saxta tədqiqata əsaslanır və həqiqəti əks etdirmir.

İspan qripi və koronavirus: 100 il sonra eyni faciəni təkrar necə yaşadıq?

Yuxarıda qeyd edildiyi kimi, Covid-19 DNT ilə qarşılıqlı əlaqəyə girmir.

Əgər onlar hamilə olarkən peyvəndləmədən ehtiyat edirlərsə, bu məsləhət onların qorxularını yatışdıra bilər: Amerika Mamaça və Ginekoloqlar Kolleci Covid-19 vaksinlərini hamilələrə və uşaq əmizdirənlərə də tövsiyə edirlər.

Şaffer bildirir ki, peyvəndlənmək ağıllı hərəkətdir, çünki hamilə qadınların Covid-19-a yoluxan zaman xəstəliyi ağır keçirdikləri bildirilir.

Amerika Mamaça və Ginekoloqlar Kollecinin araşdırmasına göə, hamilə olmayan virusa yoluxanlarla müqayisədə, hamilələrin intensiv müalicəyə, ventilyasiyaya məruz qalmaq və həyatı itirmək riskləri böyükdür.

Koronavirusa qarşı peyvənd olunduqdan sonra kəskin yan təsir riskləri çox aşağıdır, bununla belə, çox güclü allergiyası olan kəslər vaksinasiyadan əvvəl həkimlə məsləhətləşməlidirlər.

Əgər onlar “Vaksinlərin yan təsirlərinin kəskin olacağını” deyirlərsə,

sən belə deyə bilərsən:

Şaffer deyir ki, sənin Covid-19 vaksininə kəskin reaksiya vermək ehtimalın azdır. Çox güman, sən “lokal reaksiya” verəcəksən, qolunda qızartı və uyuşma, yaxud da yüngül qızartı olacaq.

Karron isə bildirir ki, vaksinin yan təsirləri adətən “Pfayzer” və “Moderna” vaksinlərinin ikinci dozasından sonra daha kəskin olur, ona görə də planınızı buna görə qurun. Əgər peyvənd olunduqdan sonra özünüzü çox halsız hiss etsəniz, işdən bir günlük istirahət götürə bilərsiniz. Onun sözlərinə görə, vaksinlənən zaman yaşlı insanlarla müqayisədə gənc insanlarda yan təsirlər özünü daha güclü formada göstərir. “Bu Covid-in qarşını almaq üçün ödənilən xırda bədəldir”.

Əgər onlar “mən vaksinə qarşı allegik reaksiya verə bilərəm” deyirlərsə,

sən belə deyə bilərsən:

Karronun sözlərinə görə, bu mümkündür, amma nadir hallarda: hər 1 milyonda ancaq 11 dəfə allergik reaksiya qeydə alınıb.

Güclü allergiyası olan şəxslər peyvənd olunmazdan əvvəl həkimlə məsləhət etməlidirlər, - Karron deyir: amma hətta allergiyası olanlar da reaksiya verməyiblər”.

Cnn.com

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR