COVID sevdasına tutuşmaq: pandemiya münasibətləri yenidən yazır

Emosional intellekt
Photo

COVID sevdasına tutuşmaq: pandemiya münasibətləri yenidən yazır

Pandemiya köhnə və yeni münasibətlər üçün o qədər də ideal olmadı, bəzi cütlüklər birlikdə qapandılar, bəziləri isə yeni qərarlar qəbul etdilər

Bu bazar Mbiye Kasonqa və sevgilisi özlərinin ilk Valentin Gününü Vaşinqtonda, otel otağında ictimaiyyətdən təcrid olunaraq keçirəcəklər. Bir çox cütlüklər kimi onlar da bu fikirdədirlər ki, koronavirus dövründə məhəbbət romantikanı qəribələşdirib.

Cütlük ötən ilin fevralında Vaşinqton DS-də bütün təcili olmayan iş yerlərinin qapadıldığı ilk karantindən 10 gün əvvəl tanış olublar.

“Hinge”də (tanışlıq tətbiqi-tərc.) tanış olduqdan və üç uğurlu görüşdən sonra Kasonqa və sevgilisi – adını açıqlamağı məqbul hesab etmədi – karantin dövrünü görüşmək üçün bir-birlərinin mənzillərinə 30 dəqiqəlik gəzintilərlə keçiriblər. Onlar yemək bişiriblər, söhbətləşiblər, TV tamaşalara və filmlərə baxıblar. Bir ay ərzində bir-birlərini tanıdıqdan sonra isə ciddi münasibətə başlayıblar.

Paytaxt Vaşinqtonda tədqiqat şirkətində işləyən Kasonqa deyir ki, pandemiyanın başlaması onların görüş cədvəlini də sürətləndirib. Onun sözlərinə görə, şəhəri və sevgilisini tərk edən otaq yoldaşı yeganə adamdır ki, evdə qalmağın məcburi olduğu günlərdə onu görmək istərdi. O və sevgilisi isə pandemiyanın ilk aylarını evdə tako gecələri və “Zoom”da tay-day dərsləri almaq barədə qənaətlərlə keçiriblər.

O deyir ki, normal şərtlərdə heç bu qədər tez-tez görüşməz, bu qədər tez-tez söhbət etməzdilər: “Mən tez-tez düşünürəm ki, o şeylər gündəlik həyatın qayğıları içində itib batardı. Sən işləyirsən, dostlarını görmək istəyirsən və vaxtını bu şeylər arasında bölüşdürməli olursan”.

Koronavirus və tənhalıq

Covid-19 yeni və köhnə münasibətlər üçün riskləri artırıb, Kasonqa yeni münasibətə başlamaqdan həzz alsa da, onun üçün koronavirusun təklif etdiyi romantika idealdan uzaq olub.

Normal şərtlərdə biz bu qədər tez-tez görüşməz, bu qədər tez-tez söhbət etməzdik”, - Mbiye Kasonqa

Özlərinin balayı fazalarından çoxdan çıxan cütlüklər isə aylar ərzində yöndəmsiz iş məkanlarına və sinif otaqlarına çevrilmiş evlərinin içində qapalı qalıblar. Eyni zamanda sosial məsafə saxlamaq tələbləri çöldə ailədən kənar insanlarla ünsiyyəti təmənnalı, əksərən stresli işə çevirib, görüşləri əvvəlki vaxtlarla müqayisədə çox daha çətin edib.

Romantik münasibətlərə imkan verməmək, Birləşmiş Ştatlarda təxminən 500,000 insanı virusdan öldürən və milyonlarla amerikalını işsiz qoyan koronavirusun kütləvi dağıntısının üstündəki albalı dənəsi idi. Nə qədər kədərli olsa da, pandemiya dövründə səksəkə və depressiyanın kəskin artımı sürpriz fakt deyil.

COVID-19 romantik münasibətləri tam öldürməyib, amma birmənalı şəkildə hər şeyi hədsiz mürəkkəbləşdirib.

Pandemiya Bruklində yaşayan, yazıçılıq və yaradıcı fəaliyyətlə məşğul olan Eşli Samonenin sevgilisiylə 11 illik münasibətlərinə son qoyub. Əslində o, münasibətini karantinlər başlamazdan əvvəl sorğulamağa başlayıbmış, pandemiya isə onun özünə və məqsədlərinə köklənməq qərarını daha da qətiləşdirib.

Pandemiya təkcə böyüdücü güzgü deyil, tramplin rolunu da oynadı. O, mənə özümü necə məhdudlaşdırdığımı, başqa birinin istədiyi kimi olmağı seçdiyimi tam çılpaqlığı ilə göstərdi”, - Samone deyir. Onun bir vaxtlar keçmiş sevgilisiylə evlənmək xəyalı olub, ötən ilin mayında münasibətini bitirəndən sonra isə o, ölkə boyunca səyahət edib. Bu təcrübə ona özüylə və gələcək münasibətlərindən nələr gözləməli olduğu ilə bağlı dərslər çıxarmasına səbəb olub.

Mənim nöqteyi-nəzərim xeyli dəyişikliyə məruz qalıb, artıq hər şeyin əbədi olmasını istəmirəm, mənim daha ağ-qara şeylərə ehtiyacım yoxdur. Mən mənə dəyər verildiyini bilmək və əmək sərf etdiyim şeylərin qarşılıqlı olmasını istəyirəm”, - o deyir.

Ruhi sağlamlıq 2021-ci il üzləşəcəyimiz ən böyük çətinlik olacaq

Təcrübəm və vaxt mənə öyrədir ki, həyatda ən vacib şey öz qaydalarını özünün qoymağıdır”.

Psixoloqlar və münasibət ekspertlərinin fikrincə, pandemiya heç şübhəsiz insanları öz münasibətlərinə yenidən nəzər salmağa vadar edir, karantin xüsusilə uzunmüddətli problemləri daha da qabarıqlaşdırıb.

Mənəvi sağlamlıq üzrə məsləhətçi və Norsampton Cütlüklərin Terapiyası təşkilatının təsisçisi Kerri Lusiqnan deyir ki, həftə ərzində yardım axtaran cütlüklərdən yüzlərlə zəng alır. Müştərilərin əksərən şikayət etdikləri məsələlər – çox vaxt güvən və təhdid barədə - məsləhətçilərin bildikləri şeylərdir, amma pandemiya onları daha da kəskinləşdirib.

Əgər tərəflərdən biri rahat və vecsiz, digər isə narahat və dəymədüşərdirsə, aradakı dinamika daha da qızışır, - Lusiqnan deyir: “Qarşınızdakı boşqabda insanların hakimiyyət, nəzarət və təsir məsələləri üzərində kəllələşməsi üçün qüsursuz qasırğa əmələ gəlir”.

Pandemiyanın insanları heç vaxt olmadığı qədər gərginləşdirməsi təəccüblü deyil. Sağlamlıqla bağlı məhdudiyyətlərə görə, dostları və ailəni görə bilməməkdən savayı, çox sayda insan həm də maliyyə problemlərindən əziyyət çəkir. Statistika Komitəsinin hesablamalarına görə, ailələrin 11%-i hansısa mənada qida çatışmazlığı qorxusu yaşayır, 35%-i isə adi məişət mallarının pulunu ödəməkdə çətinlik çəkir.

Münasibət mütəxəssislərinin dediyinə görə, insanlar əksərən stresin münasibətlərə və cütlüklərin bir-biri üçün yaxşı partnyor olmaq bacarıqlarına necə təsir göstərməsindən xəbərsizdirlər.

Boşanan insanlardan nə baş verdiyini soruşanda, onların “biz həmin vaxt işdə çox böyük gərginlik yaşayırdıq və bu da münasibətimizə məhəl qoymamağımıza gətirib çıxardı, işdəki stresə görə biz çox davalaşırdıq” dediklərini görməzsən”, - bunu Corciya Universitetinin psixologiya professoru Riçard Slatçer deyir: “Belə bir şeyi heç vaxt eşitməzsən, amma münasibətin tənəzzül etməsində stres əksərən həlledici faktor olur”.

Pandemiya dövründə insanların sevgi həyatı barədə araşdırma aparan qrupun üzvü olan Slatçer qeyd edir ki, xüsusilə pandemiyanın başlanğıcında bəzi cütlüklərin münasibətlərində irəliləyiş olub, çünki birlikdə daha çox vaxt keçiriblər.

“Psychological Science” elmi jurnalında dərc olunan tədqiqata əsasən, bir çox cütlüklər pandemiyanın başlanğıcında münasibətlərində böyük dəyişiklik olmadığını deyiblər, bəziləri isə məmnuniyyətlərində azca da olsa artımın olduğunu bildiriblər.

Sevgilinizlə zəhərli münasibətdəsiniz? - Bunu necə biləcəksiniz və nə etməlisiniz

Texas Universitetinin insan inkişafı və ailə elmləri üzrə professoru Hanna Uilyamson apardığı tədiqatına əsasən, deyir ki, cütlüklər ola bilsin, pandemiya şərtlərində bir-birlərinə qarşı daha anlayışlı olublar, çünki koronavirus stresi geniş miqyasda hiss edilib və dərk edilib.

İnsanlar bir-birlərini soyuqluq və ya diqqətsizlik kimi mənfi davranışlara görə daha az günahlandırıblar, onlar belə deyirlər: Çox çətin dövrdən keçirik, ola bilsin, buna görədir””, - Uilyamson deyir.

Pandemiyanın boşanma göstəricilərinə necə təsir etdiyi qeyri-müəyyəndir, ilkin məlumatlar koronavirusun hələlik böyük dağıntı yaratmadığını göstərir. Faktiki olaraq bəzi dövlətlərin boşanma statistikaları boşanmalarda azalmanın olduğunu göstərir.

Uilyamsonun sözlərinə görə, bu təəccüblü göstərici deyil, amma bu o mənaya gəlməməlidir ki, cütlüklər pandemiyanı xətərsiz ötüşdürüblər. Pandemiyanın münasibətlərə olan ilkin müsbət təsiri insanlar yeni normalara uyğunlaşdıqca azalmış ola bilər. Yeri gəlmişkən, bəziləri pandemiya dövründə yalqız qalmaq qorxusuna görə, partnyorlarından ayrılmaq üçün tərəddüd etmiş ola bilərlər.

Əgər vaxtını dostlarınla keçirə biləcəyini düşünürsənsə, münasibəti sonlandırmaq qat-qat asan olur”, - Hannah Uilyamson

Əlbəttə, bəzi münasibətlər o dərəcədə pisdir ki, tənha qalmaq daha sərfəlidir, amma əgər tənhalıq heç kimi görmədən, evdə tək oturmaq mənasına gəlirsə, hesab-kitab dəyişir, - Uilyamson deyir: Əgər vaxtını dostlarınla və buna bənzər şeylərlə keçirə biləcəyini düşünürsənsə, münasibəti başa çatdırmaq qat-qat asan olur”.

Tənhalıq təcrübəsi insanları nəinki alababat münasibətlərdə qalmağa, hətta eksləriylə əlaqə qurmağa təhrik edir, amma pandemiya dövründə görüşə can atan kəslər də var.

Restoranlar, barlar, səhnə məkanları kimi ənənəvi görüş yerləri ölkə miqyasında qapadılsa belə, insanlar hələ də yeni potensial partnyorlarla görüşməyə çalışırlar, bunu isə görüş tətbiqləri xeyli asanlaşdırır. “Tinder”, “Hinge” və “OKCupid”in ana şirkəti “Match Group” hesabatında 2020-ci ildə istifadəçilərin sayında artımın olduğunu bildirib, onun rəqibi olan “Bumble” isə bəyan edib ki, 2020-ci ilin sentyabrında dünya miqyasında 12 milyon aktiv istifadəçi qeydə alıb.

İnsanlar öz seçimlərini görüş tətbiqlərində eləməyə çalışsalar da, çox az insan canlı ünsiyyətdə uğur qazanır. Nyu-York şəhərində kliniki psixoloq olan Ameliya Aldao deyir ki, müştərilərinin çoxu xüsusilə qışda canlı ünsiyət qurmaq problemləri yaşayırlar.

İnsanlar tətbiqlərə etimad edir, uyğun adamı tapır, yazırlar, amma növbəti addım kimi “OK, gəl nəsə edək” demək çətin olur, çünki ediləsi şeylərin sayı əslində çox məhduddur”, - o deyir.

Kasonqanın sözlərinə görə isə, o karantin başlanmazdan əvvəl özünə sevgili tapdığına, onunla şəxsi əlaqədə olduğuna görə özünü bəxtəvər sanır. Onun görüşməyə can atan dostarı isə üzbəüz əlaqələrə girməkdə çətinlik çəkiblər.

Buddizm sevgililər üçün necə faydalı ola bilər?

Sənin bir insana əvvəldən yaxşı etimadın olmalıdır, bunu isə onlayn görüşdə etmək zənnimcə, çətindir, - o deyir: “İnsanlar görüşə çıxmaqdan və ya başqalarıyla onlayn formada üzbəüz olmaqdan, amma qarşılarındakı adamın əslində kim olduğunu tam olaraq bilmədiklərindən danışırlar, bunun səbəbi ya fiziki əngəllərdir – maska taxdıqlarından onların gülüşünü görə bilmirsən – ya da digital əngəllər, birisini yaxşı tanımırsansa, onunla ”FaceTime” (video-çat) olmaq çətindir”.

Aldaonun sözlərinə görə, hətta cütlüklər belə pandemiyanın gətirdiyi problemləri aradan qaldırmağa çalışırlar, insanların sevgi tapmaq kimi çətinliyi var. Onun fikrincə, pandemiyanın verdiyi fürsət insanların sevginin onlar üçün ən vacib şey olduğu düşüncəsidir.

Mən müştərilərimə adətən bu sualı verirəm: “İşlər yoluna düşəndə, sən görüşə çıxacaqsan, yoxsa yeni dostlar qazanacaqsan, özündən soruş: növbəti karantin olsa bu, mənim yanımda görmək istədiyim adamdırmı?”, - o deyir.

"Öz münasibətlərimizlə bağlı daha məqsədyönlü olacağımız barədə ideyaya nə qədər dərindən bağlanmağa çalışsaq... bu məqsəd duyğusu da özünü bir o qədər çox biruzə vermiş olacaq".

Guardian.com

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR