Yuxusuzluq: Covid-19 pandemiyasıyla ortaya çıxan “koronasomniya” nədir?

Hər şeydən biraz
Photo

Bir çox insan yeni il başlayandan özünə söz verib ki, daha çox və stabil yuxulayacaq. Amma yeni ildən xeyli vaxt keçməsinə baxmayaraq, özlərinə belə söz verənlər istədiklərini reallaşdırmadıqlarını görürlər.

Axır ildəki koronavirus infeksiyası yaxşı yuxu yatmağı xeyli dərəcədə çətinləşdirib.

Bəzi ekspertlər bunu xarakterizə edən termin belə yaradıblar: insomniya (yuxusuzluq) ilə koronavirusun və ya Covid-19-un vəhdəti olan koronasomniya və ya kovidsomniya.

2020-ci ildə Birləşmiş Krallığın Souzhempton Universitetinin apardığı tədqiqat nəticəsində məlum olub ki, yuxu problemi olan insanların sayı altıda birdən dörddə birəcən artıb; xüsusilə anaların, ktitik yerlərdə işləyənlərin və azlıqdakı qrupların daha çox yuxu problemi ilə üz-üzə olduqları müəyyən edilib.

Çində küçəyə çıxmaq qadağası tətbiq edilən dövrdə bu nisbət 14,6%-dən 20%-ə yüksəlib.

İtaliya və Yunanıstanda aparılan tədqiqatlar isə may ayında yuxu pozuntusu nisbətinin 40% kimi kritik səviyyəyə yüksəldiyini göstərib.

Qısası, aramızda yuxusuzluq problemi yaşayanların sayı artıb. Pandemiya ikinci ilinə qədəm qoyarkən, aylar ərzində davam edən sosial məsafə və digər oxşar məhdudiyyətlər gündəlik rutinimizi sarsıdıb, iş və şəxsi həyatımız arasındakı sərhədləri pozub, həyatımıza davamlı bir qeyri-müəyyənlik gətirib. Bütün bunların yuxu nöqteyi-nəzərindən fəaciəvi nəticələri olub.

Ruhi sağlamlıq 2021-ci il üzləşəcəyimiz ən böyük çətinlik olacaq

Səhhətimiz və məhsuldarlığımız ciddi şəkildə təsirə məruz qalıb. Bununla belə, baş verənlər yuxu problemlərinə baxışımızı və bunları müalicə etmək metodlarımızı dəyişdirməklə, həyatımızı qaydasına qoymaq üçün həll yolunun tapılmasına da kömək edə bilər.

Yuxusuzluğun dağıdıcı təsirləri

İstər pandemiya dövründə olsun, istərsə də başqa bir vaxtda yuxusuzluq çətin problemdir.

Yuxu məsələsində davamlı problemlər yaşamaq, ya da yaxşı yatmamaq uzunmüddətli sağlamlıq problemlərinə səbəb ola bilər. Bunlardan bəzilərinə misal kimi piylənməni, konsentrasiya pozuntusunu, depressiyanı, ürək və damar xəstəliklərini, diabeti göstərmək mümkündür.

Bir çox səhiyyə təşkilatı gündə yeddi saatdan az yatmağı yuxu çatışmazlığı kimi tərif edir və bu, işinizdəki performansınıza da mənfi cəhətdən təsir göstərir. Əksər tədqiqatlar yuxu çatışmazlığının səhv etmək ehtimalını artırdığını, çevikliyi, konsentrasiyanı azaltdığını və əhvalı pozduğunu göstərir.

ABŞ-ın ən böyük tibbi tədqiqatı təşkilatlarından biri olan Mayo Klinikasının yuxu tibbi sahəsində ixtisaslaşan psixiatr və nevroloqu Dr. Stiven Altçulerin dediyinə görə, hazırda bir çoxumuzun başına gələn yuxusuzluq problemi “qiyamətvari” şərtlərdən irəli gəlir:

Yuxusuzluq probleminiz varsa, tək deyilsiniz, dünyada əksəriyyət sizin kimidir. Bu koronavirusdan irəli gələn çətinliklərin nəticəsidir”.

Burda birdən çox faktor var. Ən başda gələni isə gündəlik rejimimizin və olduğumuz şəraitin kökündən dəyişməsidir. Bu da sirkadyen saatı (bədən saatı) qorumağı çətinləşdirir.

Biz niyə yuxu görürük?

Adi vaxtda zəngli saatla yuxudan durub yola düşən, naharda tənəffüs edən və evə qayıdıb yuxulayan insanların həyatı evdən işləməyə başlayandan dəyişikliyə məruz qalıb.

Ofisdəki iclaslarda və müəyyən saatlardakı nahar fasiləsinin bədənimizə verdiyi signallar artıq yoxdur. Məsafədən işləmək bədən saatımızı pozur”, - Altçuler deyib.

Kaliforniya universitetinin kliniki sağlamlıq üzrə professoru Angela Dreyk isə bunu belə xarakterizə edir: “Beyniniz həyatınız boyu iş yerində işləməyə, evdə dincəlməyə və rahatlanmağa öyrəşib. İndi vəziyyət dəyişib. Daim evdəyik“.

Yuxu pozuntusu olan xəstələri müalicə edən və koronavirus barədə məqalələr yazan Deyvis deyir ki, evdə işləyəndə böyük ehtimalla daha az hərəkət edirik, ya da daha az gün işığı alırıq. Bunlar da keyfiyyətli yuxu üçün əsas şərtlərdir.

İş yerindəki performans da bir ayrı məsələdir. Əksər ölkələrdə işsizlik sahəsində son illərin rekordları qırılır. Buna görə də işi olan hər kəs bunu qorumaq üçün daha çox işləmək istəyir.

Amma evdən işləmək əvvəllər öyrəşdiyimiz iş və şəxsi həyat arasındakı sərhədləri bulanıqlaşdırmaqla yanaşı, işi nizamsız şəkildə görməyə də səbəb ola bilir.

Altçulerin dediyinə görə, “İş və ev arasındakı sərhədlər pozulduğundan, insanlar gec saatlara qədər oyaq qalmağa meyilli olublar”.

Bir çoxumuzdan ötrü ofisdə işləmək fikri mümkünsüzləşib. Amma bununla əlaqədar olaraq, görüləcək işlər siyahısından və iş gününün stresindən təcrid olunmaq çətinləşir.

Dünya iqtisadiyyatını 2021-ci ildə nə gözləyir?

Üstəlik xobbilərimiz və dostlarımız üçün də darıxırıq. Bunlar dincəlmək və stres atmaq üçün kritik vacib şeylərdir.

Bir çoxumuzun başına gələn psixoloji problemlər yuxusuzluğu tətikləyə bildiyi kimi, bunun əksi də mümkündür.

Ümumi qeyri-müəyyənlik və nəzarəti itirmək hissi də yuxusuzluğa səbəb ola bilir.

Pandemiyanın uzanması da əlavə faktora çevrilib. Bir çox insanın özünü kompüter oyunlarına, seriallara, yaxud kitablara qapdırdığı bu period bir müddətdən sonra tualet kağızı təlaşına, ardınca da demək olar ki, heç vaxt qurtarmayacaq pandemiya hissinə səbəb olub.

Başlanğıcda insanların pandemiyanın stresinin öhdəsindən gəlmək üçün motivasiyaları vardı. Amma pandemiya uzandıqca, insanlar bezdilər, bu da yuxu problemləri daxil olmaqla, böyük problemlərə gətirib çıxardı”, - Dreyk deyir.

Onun sözlərinə görə, bəzi yuxu problemləri “xroniki və uzunmüddətli olacaq”, bunda insanların pandemiya dövründə ehtiyacları olan müalicələri təxirə salıb, ancaq təcili hallar üçün səhiyyə qurumlarına müraciət etmələrinin də rolu var.

Yuxusuzluq xüsusilə səhiyyə sahəsində işləyənlər üçün böyük problemə çevrilib.

2020-ci ilin dekabrında Ottava Universiteti dünyanın müxtəlif yerlərində 190 mindən çox insanın iştirak etdiyi 55 qlobal tədqiqatı analizdən keçirərək, pandemiya başlayandan bəri yuxusuzluq, depressiya, travmadan sonra stres pozuntusu (PTSD) kimi psixoloji problemlərin necə dəyişdiyini ortaya qoyub.

Tədqiqatın nəticələrinə görə, səhiyyə sahəsinin əməkdaşlarının problemləri 15% artıb, ən çox artım baş verən problem isə 24%-lə yuxusuzluq olub.

Altçuler qeyd edir ki, yuxusuzluq əsasən travmadan sonra stres pozuntusu ilə əlaqədar olur və insanın bu dövrdə kritik işdə işləyib-işləməməsindən asılı olaraq, baş verən çox mənfi qlobal hadisələr nəticəsində yuxusuzluq probleminin çoxalması təbiidir.

Ümumən travmaya məruz qalan insanlar (bura avtoqəza kimi fərdi travmalar ilə yanaşı 11 sentyabr, yaxud pandemiya kimi qlobal miqyaslı travmalar da daxildir) PDSD ilə birgə inadkar yuxu problemləriylə üzləşə bilərlər.

Yuxusuzluğun öhdəsindən nə gələ bilər?

Mütəxəssislər bu cür problemlər davamlı olmağa başlayanda, yardıma müraciət etməyin vacib olduğunu deyirlər, xüsusilə də bugünlərdə.

Soyuqdəymənin, qripin və koronavirusun qarşısını almaq üçün elmi ipucları

Birləşmiş Krallıqda fəaliyyət göstərən Yuxu Fondunun sədri Lisa Artisin sözlərinə görə, pandemiya bir neçə aydan o tərəfə keçdiyinə görə, yuxusuzluq problemi yaşayanların sayı böyük ehtimalla birdən birə azalmayacaq:

Çünki yuxu problemləriylə üzbəüz qalan insanlar yardım almadıqları təqdirdə, bu, insomniya kimi yuxu pozuntusu hallarına səbəb ola bilər, bunları isə asan şəkildə sağaltmaq mümkün deyil. Bunlar davamlı olandan sonra düzəlmələri çətinləşir”.

Amma yaxşı xəbərlər də var. Pandemiyanın mövcudluğundan bir ildən çox keçdiyi bugünlərdə bəzi mütəxəssislər baş verənlərin yuxu problemlərinin həlli sahəsində yeni tapıntılara səbəb olduğunu deyirlər.

Altçuler insanların xəstəxanaya getməkdəki etinasızlığının nəticəsində “tele-sağlamlığın, yəni məsafədən tibb və uzaqdan müayinə”nin sürətlə artdığına diqqət çəkirlər.

Yuxu problemləri sahəsində ən geniş yayılmış müalicə, insomniya üçün inkişaf etdirilən və CBT-I kimi tanınan koqnitiv-davranış terapiyasıdır.

Bunun məqsədi “yuxu gigiyenası”nı artırmaq (məsələn, yatağa girməzdən əvvəl içki içməmək, yaxud siqaret çəkməmək) və sadəcə davranış dəyişikliklərinə imkan verərək, beyninizin yatağı yuxu ilə eyniləşdirməsini təmin etməkdir. Yataqda işləməmək bu barədə tələb olunanlar arasındadır.

Ötən il Miçiqan Universitetinin apardığı tədqiqat CBT-I müalicəsinin məsafədən tətbiq edilməsinin eyni nəticəni ortaya qoyduğunu göstərib. Bu, daha çox insanın bu müalicəyə əlçatanlığının təmin olunması mənasına gəlir.

Bu problemlərin öhdəsindən gəlmək üçün fərdlərin ata biləcəyi addımlar da var.

Ən əsas qaydalardan biri yataqda noutbuk işlətməyi qadağan etməkdir, - Dreyk deyir və əlavə edir: Nə qədər rahat olduğu vecimə də deyil. Əvvəl-axır beyin yatağı iş ilə bir tutmağa başlaya bilər və bu da işi çətinləşdirər”.

Gecələr yuxusuzluğa səbəb olacaq qayğılardan qurtulmaq üçün bu qaydalar məsləhət görülür: daha az xəbər oxumaq, zəngli saat kimi telefondan istifadə etməmək (bundan savayı, mavi işıq yataqda yuxunuzu qaçırar), dayanmadan saata baxaraq yatmadığınız vaxtda stres keçirməmək üçün dolabınızın üstündəki saatın arxasını çevirmək.

Unutmayaq ki, olduqca qeyri-adi bir perioddan keçirik. Belə periodlarda çətinlik yaşamağımız təəccüblü deyil.

Dreyk belə deyir: “Belə bir hadisə axırıncı dəfə 100 il əvvəl baş verib. Heç birimiz belə şey görməmişik”.

Bbc.com

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR