Koronavirus konfransı koronavirusa görə tərixə salındı

Hər şeydən biraz
Photo

Koronavirusla bağlı biznes forumunun koronavirus səbəbilə ləğv edildiyi bildirilir. Bloomberg xəbər verir ki, biznes forum New York şəhərində ləğv edilən ictimai mərasimlər sırasına qoşulub.

5-ci gün baş tutacağı gözlənilən Xarici Əlaqələr Şurasının koronavirusla bağlı dəyirmi masa konfransı təxirə salınıb. Təşkilatın vebsəhifəsində yerləşdirilən müraciətdə deyilir: "Bu günlər üçün heç bir tədbir yoxdur, əlavə məlumat üçün izləyin".

New York şəhərində artıq 173 virusa yoluxma hadisəsi qeydə alınıb. 1000 nəfərdən artıq adama yoluxan və 29 ölümə səbəb olan epidemiya ilə mübarizə aparan Amerikada idmandan tutmuş biznesə qədər hər tür tədbir və mərasimlər təxirə salınıb.

Ləğv edilən tədbirlər arasında Coachella musiqi və incəsənət festivalı və Amerika prezidentliyinə namizədlər Bernie Sanders və Joe Biden-in kampaniyaları da var.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR