Koronavirusun ortamda necə yayıldığı göstərildi - Eksperiment (video)

14.05.2020

Photo

Yaponiyada yeni hazırlanan video bir nəfərin məclisdə koronavirusu necə yaymasını nümayiş etdirib.

Eksperimentdə qonaqlıq, kiçik məclisi smulasiya edilir. 10 nəfər bir məclisə yığılır və məclisdə xəstəliyə yoluxmuş 1 nəfərin virusu digərlərinə necə yaydığı nümayiş etdirilir.

Məclisin sonunda məkanda qara xüsusi işıq fonunda virusun necə yayıldığı görüntülənir. İnfeksiyalı şəxs toxunduğu şeylərə virusu yayır və bu şəkildə başqalarının da istifadə etdiyi toxunulmuş əşyalar virusun yayılmasına səbəb olur.

Sağlıq ekspertləri bildirir ki, videoda nümayiş olunan eksperiment virusun yayılmasını tam göstərmir, beləki orada təkcə toxunuşla keçiriciklik göstərilir, halbuki virus həmçinin yaxın məsafədəki ünsiyyət vaxtı havayla da keçə bilir. Ancaq buna baxmayaraq video insanlara gigiyenik qaydalara riayət etməyin vacibliyini göstərdiyi üçün faydalıdır.

Buradan paylaş: