Zaman doğrudan da uçur - Dünya daha sürətlə dönməyə başlayıb

13.01.2021

Photo

Son dövrlərdə dünya qəribə şəkildə daha sürətlə fırlanmağa başlayıb.

Dünyanın öz oxu ətrafında fırlanmasını ölçən atomik saatlar 2020-ci ildə ən qısa günləri qeyd edib. 1960-ci ildən bu yana tutulan qeydlərə görə 2020-ci ildə dünyanın öz oxu ətrafında dönməsi ortalamadan millisaniyələr dah tez gerçəkləşib.

Buna qədər dünyada ən qısa gün 2005-ci il iyulun 5-də qeydə alınıb. 2020-ci ildə isə dünya bu rekordu 28 dəfə qırıb. Keçən ilin ən qısa günü 19 iyulda qeydə alınıb. Planet öz oxu ətrafında dövriyyəsi ənənəvi 86,400 saniyədən 1.4602 millisaniyə tez gerçəkləşib.

2100-cü ildəki həyatdan bir gün

2021-ci ildə dünyanın fırlanmasının daha da artacağı gözlənilir. Gələn il ortalama olaraq günlər 0.5 milli saniyə daha sürətlə dönəcək.

Dünyanın fırlanma sürətinin artması onun qaynar özəyinin, okeanlar, atmosfer və digər faktorların qarışıq təsirindən qaynaqlandığı bildirilir.

Ümumilikdə dünyanın fırlanması bir müddətdir ki daha sürətlə getməyə başlayıb ancaq adi insanların bunu hiss etməsi üçün yüzlərlə il keçməli olduğu bildirilir.

Buradan paylaş: