AB xəbərdarlıq edir: Yeni növ koronavirus hökmən dayandırılmalıdır

14.01.2021

Photo

Avropa Birliyi Britaniyada qeydə alınmış koronavirusun mutasiya etmiş yeni növünün Avropanın digər ölkələrində təsirinin artdığını vurğulayıb.

AB nə yolla olursa olsun virusun yeni növünün yayılmasının qarşısını alınması lazım olduğunu bildirib.

Koronavirus 2021-ci ildə rəqəmsal qanunları necə dəyişdirəcək?

Birliyin sağlıq komisiyasının rəhbəri Stella Kyriakides rahatlaşmamaq lazım olduğunu bildirib. "Biz vəziyyətin nəzarətdən çıxmasına imkan verə bilmərik. Birlik ölkələrinə nümunələrin genomik ardıcıllığının müəyyənləşdirilməsi sahəsində kömək etməyə hazırıq" deyə Kyriakides bildirib.

Avropa Birliyinin Səhiyə nazirlərinin görüşündə də yeni növ virusun müəyyənləşdirilməsi prioritet elan edilib.

Hazırda koronavirusa yolxuma sayı dünya üzrə 92 milyonu keçib, virusdan ölüm sayı isə rəsmi olaraq 2 milyona yaxınlaşır.

Buradan paylaş: