Belçikalı müəllimə porno filmlərdə oynadığı üçün işdən çıxarılıb

15.02.2021

Photo

Belçikada bir orta məktəbdə müəllimənin iş sonrası porno filmlərdə oynadığı məlum olub.

Həmçinin onun alt paltarda şəkilləri sosial mediada yayılmağa başlayıb.

Hadisə Madlagem qəsəbəsində yerləşən Maricolen adlı məktəbdə baş verib. Müəllimə həmin məktəbdə ingilis dili müəlliməsi işləyib.

Müəllimənin işdən sonra "Ray Gonawild" adıyla porno filmlərdə rol oynadığı məlum olub. O həmçinin bu adla sosial media hesablarından şəkil və video paylaşımlar edib.

İnsanlara seksual obyekt kimi baxmaq niyə yanlışdır?

Məsələ barədə xəbər valideynlərə çatandan sonra, onlar məktəbin direktoruna müraciət edib. Nəticədə müəllimənin işdən uzaqlaşdırılmasına qərar verilib.

Müəllimə işdən atılmasına etiraz edib.

"Məktəbdəki vəzifəmi hər zaman doğru şəkildə yerinə yetirmişəm. Özəl həyatımda etdiklərim işimdən ayrı tutulmalıdır. Hal-hazırda bu ayrımın edilməməsi iki üzlülükdür, bu cəmiyyətdə cinsəlliklə bağlı ikili standartların sübutudur" deyə müəllimənin dediyi bildirilir.

Buradan paylaş: