İnsan və təbiət münasibətlərinin qaranlıq və qorxulu tərəfi - BMT hesabatı

24.02.2021

Photo

BMT-nın Ətraf Mühit Proqramının yeni hesabatı insan və təbiət münasibətlərinin qaranlıq və qorxulu tərəfinə yenidən işıq salıb.

Hesabat bildirir ki, iqlim böhranı, biomüxtəlifliyin itirilməsi və çirklənmə nəticəsində dünyada hər il milyonlarla insan ölür.

Hesabatda qeyd edilir ki, bu 3 problem bir-biri ilə əlaqəlidir və onlarla birgə mübarizə aparılmalıdır.

İqlim dəyişikliyi sivilizasiyanı məhv edə bilər?

Hesabat müəllifləri qeyd edirlər ki, dünya artan iqlim böhranı ilə mübarizə aparmaq üçün təbiətlə münasibətlərini kökündən dəyişməlidir.

"İnsanlıq təbiətlə müharibə içindədir. Bu məntiqsiz və intiharvaridir. Düşüncəsizliyimizin nəticələri artıq insan əzablarında, iqtisadi itgilərin artması və yer üzündəki həyatın eroziyasinin sürətlənməsində özünü göstərməkdədir" BMT baş katibi Antoni Quterreş bildirib.

Yeni hesabat iqlim böhranı və biomüxtəlifliyin itirilməsi ilə bağlı dünyanın aparıcı orqanlarının qiymətləndirmələrini sintez edib. Bunlardan biri 2019-ci ildə dərc edilmiş hesabatdır. Həmin sənədə görə insan təzyiqi, vəhşi heyvan ticarəti və qlobal istiləşməyə görə bir milyon heyvan və bitki növü yox olma təhlükəsi ilə üz-üzədir.

İqlim dəyişikliyi qlobal aclığa səbəb ola bilərmi?

Digər bir hesabat isə təcili tədbirlər görülməsə əsrin sonuna qədər havanın tempraturunun 3 dərəcə artacağı haqqda xəbərdarlıq edib.

Buradan paylaş: