Van Qoqun 1887-ci ildə çəkdiyi rəsm əsəri ilk dəfə sərgiyə çıxacaq

25.02.2021

Photo

Van Qoqun yeni tablosu ortaya çıxıb.

“Montmartirdə bir küçə mənzərəsi” adlı əsər rəssamın Parisdə yaşadığı dönəmlərdə 1886-1888-ci illərdə çəkilib.

Şəkil 1920-ci ildə bir fransız ailə tərəfindən satın alınıb amma sonrada heç vaxt sərgilərdə göstərilməyib.

Şəkil martın 25-də Sotheby’s ingilis incəsənət auksionu şirkəti tərəfindən Paris, Nyu-York, Honq-Konq və London da auksiona qoyularaq satılacaq.

Rəsmə 5-8 milyon avro arası bir qiymət qoyulacağı gözlənilir.

Buradan paylaş: